Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 18
  • Nazirlik rəsmisi: “Qida yolu ilə dabaq virusunun insan orqanizminə keçməsi mümkün deyil”

Nazirlik rəsmisi: “Qida yolu ilə dabaq virusunun insan orqanizminə keçməsi mümkün deyil”

admin 18 Noyabr 2025 2 minutes read
Изображение WhatsApp 2025-11-18 в 12.46.58_39ed0f1e
PAYLAŞIN:

“Dabaq xəstəliyi ictimai sağlamlıq üçün təhlükə yaratmır. Bu xəstəlik çox nadir hallarda insanlara yoluxa bilər. Tarix boyu insanların dabağa yoluxması halları çox az qeydə alınıb. Belə yoluxmalar adətən birbaşa xəstə heyvanla intensiv təmas zamanı baş verir, yəni insan virusla çirklənmiş sekresiyalarla uzunmüddətli təmasda olduqda.

Bununla belə, bu hallar istisnadır və insanın dabağa yoluxması ilə bağlı epidemioloji risk çox aşağıdır”.

Bu fikirləri Paraqraf.com-un sorğusuna Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Yusif İbrahimov bildirib.

O onun sözlərinə görə, insanların çiy ətlə təması nəticəsində dabaq xəstəliyinə yoluxması elmi cəhətdən sübut olunmayıb:

“Qida yolu ilə bu virusun insan orqanizminə keçməsi mümkün deyil. Çünki ət və ət məhsulları termiki emaldan, yəni bişirmə, qızartma və s. proseslərdən keçdikdə virus tamamilə məhv olur. Buna görə də vətəndaşlara ət məhsullarını qaydalara uyğun bişirməyi, həmçinin baytarlıq nəzarətindən keçməmiş heyvan məhsullarından istifadə etməməyi tövsiyə edirik. Fermerlərimizə isə tövsiyəmiz odur ki, kənd təsərrüfatı heyvanları ilə təmas zamanı sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Əgər xəstə heyvana təmas olubsa, əllərini və geyimlərini yaxşıca təmizləsinlər”.

Yusif İbrahimov əlavə edib ki, dabaq xəstəliyi əsasən heyvanlar üçün təhlükəli olan bir xəstəlikdir və insanlar üçün ciddi risk yaratmır:

“Bir daha mütəxəssis kimi əminliklə bildirirəm ki, çiy ət vasitəsilə virusun insanlara keçməsi praktik olaraq qeyri-mümkündür”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 11 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: OFAC: “Rosneft” və “Lukoil”a qarşı sanksiyalar Rusiya neftini ucuzlaşdırıb”
Next: Bakıdakı reyddə 850 minlik maşın 50 manat cərimələndi

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.