Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 18
  • Güclü gələcəyin əsas şərti: qızların təhsil problemi

Güclü gələcəyin əsas şərti: qızların təhsil problemi

admin 18 Noyabr 2025 4 minutes read
Изображение WhatsApp 2025-11-18 в 12.43.18_cc871012
PAYLAŞIN:

Müasir dövrdə qızların təhsili yalnız bir ailənin deyil, bütün cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biridir. Təhsil alan qızlar gələcəyin savadlı anaları, mütəxəssisləri və qərar verən şəxsləri kimi ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayırlar. Buna baxmayaraq, bəzi bölgələrdə hələ də köhnə yanaşmalar və stereotiplər səbəbindən qızların təhsildən yayınması halları müşahidə olunur. Valideynlərin yanlış inancları, sosial-iqtisadi çətinliklər və maarifləndirmə çatışmazlığı qızların məktəbdən uzaqlaşdırılmasına gətirib çıxarır. Bu isə təkcə qızların şəxsi inkişafına deyil, bütöv cəmiyyətin gələcəyinə ciddi maneə yaradır.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin mətbuat katibi Teymur Mərdanoğlu “Paraqraf.com”a açıqlamasında bildirib ki, qızların təhsil alması bu gün cəmiyyətimizin inkişafı üçün ən vacib məsələlərdən biridir:

“Bəzi valideynlər hələ də köhnə inanclarla yaşayaraq qız uşaqlarını orta məktəbdən belə uzaqlaşdırırlar. ‘Qız 9-cu sinifədək oxusa kifayətdir’ kimi düşüncələr qızlarımızın imkanlarını məhdudlaşdırır, onların gələcək həyatını, karyera və özünüifadə imkanlarını əlindən alır. Halbuki təhsilli qadın – güclü ailənin, sağlam cəmiyyətin və inkişaf edən dövlətin təməlidir”.

Teymur Mərdanoğlu qeyd edib ki, qızların təhsilinə mane olan səbəblər müxtəlifdir:

“Köhnəlmiş adət-ənənələr və erkən nikah düşüncəsi, gender stereotipləri, ailələrin sosial-iqtisadi çətinlikləri, valideynlərin maarifləndirmə çatışmazlığı, bəzi bölgələrdə məktəbə məsafənin uzaqlığı və təhlükəsizliklə bağlı narahatlıqlar bu problemləri daha da dərinləşdirir.

Bu maneələri aradan qaldırmaq üçün dövlət tərəfindən mühüm addımlar atılır. Erkən nikaha qarşı hüquqi mexanizmlər gücləndirilir, regionlarda geniş maarifləndirici tədbirlər həyata keçirilir, maddi imkanı məhdud olan ailələr üçün təhsilə dəstək proqramları genişləndirilir, qızların təhlükəsiz və davamlı şəkildə məktəbə davam etməsi üçün xüsusi mexanizmlər tətbiq olunur.

Bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Qızların Təhsilinə Dəstək” layihəsi xüsusi əhəmiyyət kəsb edir. Layihə çərçivəsində təhsildən yayınma riski olan qızlar müəyyən edilir, ailələrlə fərdi iş aparılır, sosial-pedaqoji və psixoloji dəstək göstərilir və həmin qızların təhsilə qaytarılması üçün ardıcıl tədbirlər görülür”.

O əlavə edib ki, qızların təhsildən uzaqlaşdırılması təkcə onların deyil, bütöv cəmiyyətin gələcəyinə zərbədir.

“Hər birimizin borcu bu stereotipləri aradan qaldırmaq, qız uşaqlarının təhsil hüququnu təmin etmək və onlara gələcəyin qapılarını açmaqdır. Təhsilli qız – güclü gələcək, güclü ailə və güclü Azərbaycan deməkdir”.

Kəmalə Vəliyeva
Paraqraf.com

 

 

Loading

Visited 26 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: FHN-in dəstəyi ilə ekspert missiyası keçirildi
Next: OFAC: “Rosneft” və “Lukoil”a qarşı sanksiyalar Rusiya neftini ucuzlaşdırıb”

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.