Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri Xarkov və vilayətin 10 yaşayış məntəqəsinə zərbələr endiriblər, nəticədə 4 nəfər helak olub.
“Paraqraf.com” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov sosial şəbəkələrdə məlumat verib.
O həmçinin bildirib ki, zərbələr nəticəsində 16 nəfər yaralanıb.
Eyni zamanda O.Sinequbov qeyd edib ki, Xarkovda anbar binası, avtomobillər, dəmir yolu infrastrukturu və elektrik şəbəkəsi zərər görüb.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
