Rusiyalı müğənni və SSRİ Xalq artisti Alla Puqaçova Rusiyada “Retsital” ticarət nişanına olan hüquqlarını itirib. O, 2022-ci ildən xaricdə yaşayır.
Paraqraf.com RBC nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumat “Rospatent” bazasında əks olunub.
Məlumata görə, “Retsital” ticarət nişanı üçün müraciət “Rospatent”ə 16 oktyabr 2015-ci ildə təqdim edilib, 2017-ci ildə isə onun qeydiyyata alınması barədə qərar qəbul edilib. Ticarət nişanının qeydiyyatı üzrə ərizənin təqdim edilməsindən 10 il sonra, yəni 16 oktyabr 2025-ci ildə onun qüvvədə olduğu müddət bitib. Ticarət nişanının qeydiyyata alındığı xidmətlər sırasına musiqili avtomatlar, səsyazma avadanlığı, kitab nəşri və təhsil daxildir.
“Retsital” 1980-ci illərdən başlayaraq Alla Puqaçovanı uzun illər müşayiət edən rus qrupudur. Sənətçi musiqiçilərlə birlikdə “Kak trevojen etot put” (“Bu yol necə narahatedicidir” – 1982) albomunu yazdırıb. Əməkdaşlığın başa çatmasından sonra kollektiv müstəqil çıxışına davam edib.
Paraqraf.com
![]()
