Rusiyada yaşayan azərbaycanlılarla bağlı sosial şəbəkədə yayılan məlumat diqqət çəkib
Paraqraf.com xəbər verir ki, Facebook-da “Rusiyada yaşayan Azərbaycanlılar” qrupunda yayılan məlumata görə, Azərbaycandan olan bir şəxsin Rusiya–Ukrayna müharibəsində həlak olduğu iddia edilib. Paylaşımda bildirilib ki, mərhumun meyidi Rostovdakı morqda saxlanılır və onu tanıyan ailə üzvlərinin məlumatlandırılması xahiş olunur.
Məlumatla birlikdə sosial şəbəkə istifadəçiləri tərəfindən bir şəxsə aid olduğu iddia edilən sənədin fotosu da paylaşılıb. Qeyd edək ki, yayılan sənədin və məlumatın rəsmi qurumlar tərəfindən təsdiqlənib-təsdiqlənmədiyi hələlik bəlli deyil.
Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlardan hər hansı açıqlama verilməyib. Sosial şəbəkələrdə isə bu məlumat geniş müzakirələrə səbəb olub, bir çox istifadəçi bildirişin doğruluğunu dəqiqləşdirilməsi üçün rəsmi instansiyalara çağırış edib.

Həsən Məmmədov
Paraqraf.com
![]()
