Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 14
  • Beydulla Manafov Baş Prokurorluğa çağırıldı

Beydulla Manafov Baş Prokurorluğa çağırıldı

admin 14 Noyabr 2025 4 minutes read
IMG-20251114-WA0017
PAYLAŞIN:

Xaricdə yaşayan Beydulla Manafov Baş Prokurorluğa çağırılıb.

Paraqraf.com İTV-yə istinadən xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən Beydulla Manafova Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

Məlumatda cinayət prosesini həyata keçirən orqanın adı və ünvanı qeyd olunub. Təqsirləndirilən şəxs 1947-ci il təvəllüdlü Beydulla Ənvər oğlu Manafovdur.

Ona izah edilir ki, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 20 noyabr 2025-ci il tarixdə 14:00-da Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inzibati binasına gəlməlidir.

Təqsirləndirilən şəxsə münasibətdə ittihamın mahiyyəti ondan ibarətdir ki, 25200606 saylı cinayət işi üzrə 26 fevral 2025-ci il tarixdə Beydulla Manafovun barəsində Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaq orqanından qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı həmin tarixdə axtarış elan edilib.

Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. 18 sentyabr 2025-ci il tarixdə ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək onun barəsində Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

Həmin qərara əsasən, Beydulla Manafov jurnalist Sevinc Osman qızı Mirzəyeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmağı təşviq etməklə 2 sentyabr 2023-cü il və 13 yanvar 2024-cü il tarixlərində Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar edilməsinə, bu cür məzmunlu videomaterialları qrup üzvü Sevinc Mirzəyeva vasitəsilə qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi “YouTube” internet portalında “Sevinc Osmanqızı TV” adlı kanalı vasitəsilə ilə yayılmasına, habelə qeyrisi ilə əlbir olan qrup şəxs halında birləşərək 24 avqust 2024-cü il tarixində aşkar sürətdə Azərbaycan xalqının milli ləyaqətinin alçaldılmasına yönələn hərəkətlər etməsinə və qabaqcadan qeyrisi vasitəsi ilə “AzerFreedom TV Qarabağ” adlı kanalda yeni internet informasiya resursunda yayılmasına əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən şəxsə izah edilir ki, Cinayət-Prosessual Məcəlləsinin 467-13.3-cü maddəsinə əsasən ibtidai istintaqda iştirak etmək, özünün seçimi əsasında müdafiəçi ilə təmin olunmaq və digər prosessual qaydalara malikdir. Müdafiəçidən istifadə etdiyi halda onunla bağlı məlumatları istintaq orqanına göndərməlidir. Qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilir.

Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Beydulla Manafova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

Paraqraf.com

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Beş hakimi təhqir edən şəxs həbs olundu: Ədalət təmsilçiləri 10 min manat təzminat alacaqlar
Next: “Azərbaycan Prezidenti ilə bu məsələni müzakirə etdik…”

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.