Cənubi Koreyanın Buçeon şəhərində yük maşınının insanların üzərinə sürülməsi nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb.
Paraqraf.com “Yonhap” xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə bazarların birində baş verib.
Yük maşınının sürücüsü dərhal saxlanılıb.
Sürücü hadisənin qəfil və qeyri-ixtiyari sürət artması nəticəsində baş verdiyini iddia edib.
Məsələnin detalları araşdırılır.
Paraqraf.com
![]()
Visited 7 times, 1 visit(s) today
