Qazaxıstan parlamentinin Məclisi uşaqların onların sağlamlığına və inkişafına zərər verən kontentdən qorunması tədbirlərini sərtləşdirib.
Paraqraf.com xəbər verir ki, bu barədə məlumatı “Sputnik Qazaxıstan” Məclisin mətbuat xidmətinə istinadla yayıb.
Deputatlar “Arxiv işi məsələləri üzrə bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsini ikinci oxunuşda nəzərdən keçiriblər. Sənəddə qeyri-ənənəvi cinsi oriyentasiyanın (LGBT) təbliğatının qadağan edilməsi norması nəzərdə tutulub.
“İctimai məkanda pedofiliyanın və (və ya) qeyri-ənənəvi cinsi oriyentasiyanın, habelə KİV, telekommunikasiya şəbəkələri və onlayn platformalardan istifadə etməklə, təbliğatını ehtiva edən məlumatların yayılması qadağandır”, – deyə məlumatda bildirilir.
Bildirilir ki, son vaxtlar parlamentin ictimai qəbul şöbəsinə “sosial şəbəkələrdə və internet məkanında qeyri-ənənəvi cinsi oriyentasiyaların açıq təbliğatını qadağan edən düzəliş nə vaxt qəbul ediləcək” sorğusu ilə xeyli sayda insan müraciət edib.
Paraqraf.com
![]()
