Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 12
  • Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyuldu

Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyuldu

admin 12 Noyabr 2025 2 minutes read
IMG-20251112-WA0084
PAYLAŞIN:

Bakıda tüninq xidməti göstərən məşhur “AZART” şirkətinin rəhbəri Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyulub.

Paraqraf.com “Qaynarinfo”ya istinadla xəbər verir ki, iş adamının həbs qoyulan avtomobilləri “Li”, “Chrysler” və BMW markalı nəqliyyat vasitələridir.

Arif Zeynalovun banklardan birinə 2023-cü il tarixli kredit müqaviləsi üzrə 76 500 manat əsas, 3 825 manat cərimə borcu və ödənilməmiş 342.45 manat dövlət rüsumu borcu var. Həmin ildən kredit borcunu ödəməyən iş adamının avtomobillərinə Səbail Rayon İcra Şöbəsi tərəfindən həbs qoyulub.

Arif Zeynalov özü də məhkəməyə müraciət edib. Bildirib ki, həbs qoyulan avtomobillərin ümumi dəyəri kredit müqaviləsi üzrə ondan tutulmalı olan pul məbləğindən dəfələrlə çoxdur. O, nəqliyyat vasitələri üzərinə qoyulmuş həbsin ləğv olunmasını xahiş edib. Bildirib ki, 80 000 manata yaxın borcu var, borcunu hissə-hissə ödəməklə bağlı icra məmuru ilə danışacaq. Həmçinin qeyd edib ki, “Li L8 Pro Plug-in” avtomobili kreditdədir, qiyməti 100 000 manatdan çoxdur, maşına görə ödənilməyən 50 000 manat bank borcu var. BMW-ni atası, “Chrysler” markalı maşını isə özü idarə edir. Ona görə də yalnız “Chrysler” markalı avtomobilin üzərinə həbs qoyulmasını istəyib. Yerdə qalan borcunu da hissə-hissə ödəmək niyyətində olduğunu bildirib.

Məhkəmə “Li L8 Pro Plug-in” markalı nəqliyyat vasitəsinin üzərinə qoyulan həbsi saxlayıb. İş adamının təqdimatının qalan hissəsi təmin edilməyib.

Qeyd edək ki, Arif Zeynalov “AZART Group”un təsisçisi və baş direktorudur.

Məsələ ilə bağlı iş adamının özü ilə də əlaqə saxlamaq mümkün olmayıb, telefon zəngləri cavabsız qalıb.

 

Paraqraf.com

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Türkiyədə telekanala silahlı basqın edən şəxs həbs olundu
Next: Azərbaycanda “İpoteka haqqında” qanunda dəyişikliklər edildi

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.