TƏBİB-in dəstəyilə Bərdə Rayon Mərkəzi Xəstəxanasında və Ailə Sağlamlıq Mərkəzində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq şəhid ailələri, qazilər və veteranların müayinə və müalicəsi məqsədilə “Zəfərə sağlam addımla” adlı tibbi aksiya baş tutub.
Məqsəd şəhid ailələrinin, qazi və veteranların sağlamlığının qorunması, onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, sosial dəstəyin davam etdirilməsidir.
Aksiya çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən tibb müəssisələrindən dəvət olunmuş müxtəlif ixtisaslı həkimlər tərəfindən tibbi müayinələr aparılıb, laborator və diaqnostik xidmətlər göstərilib, eləcə də fərdi sağlamlıq, tibbi-sanitar mövzularda tövsiyələr verilib.
Tibbi aksiya çərçivəsində ümumilikdə 100-ə yaxın şəhid ailəsi üzvünə və qaziyə tibbi xidmət göstərilib.
Bu təşəbbüs şəhid ailələrinə diqqət və qayğının bariz nümunəsi olmaqla yanaşı, tarixi zəfərin 5 illiyinin mənəvi dəyərlərini əks etdirir və onların daim dövlət qayğısı ilə əhatə olunduğunu bir daha təsdiqləyir.
Daha sonra Zəfər Gününün beşinci ildönümündə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini yad etmək və yaşıl mühitin qorunmasına töhfə vermək məqsədilə tibb müəssisəsinin ərazisində ağacəkmə aksiyası da təşkil olunub.
![]()
Visited 11 times, 1 visit(s) today
