Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Bərdə rayonunda şəhid ailələlərinin üzvləri və qazilər tibbi müayinələrə cəlb olunub
CƏMİYYƏT

Bərdə rayonunda şəhid ailələlərinin üzvləri və qazilər tibbi müayinələrə cəlb olunub

08 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:
TƏBİB-in dəstəyilə Bərdə Rayon Mərkəzi Xəstəxanasında və Ailə Sağlamlıq Mərkəzində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq şəhid ailələri, qazilər və veteranların müayinə və müalicəsi məqsədilə “Zəfərə sağlam addımla” adlı tibbi aksiya baş tutub.
Məqsəd şəhid ailələrinin, qazi və veteranların sağlamlığının qorunması, onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, sosial dəstəyin davam etdirilməsidir.
Aksiya çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən tibb müəssisələrindən dəvət olunmuş müxtəlif ixtisaslı həkimlər tərəfindən tibbi müayinələr aparılıb, laborator və diaqnostik xidmətlər göstərilib, eləcə də fərdi sağlamlıq, tibbi-sanitar mövzularda tövsiyələr verilib.
Tibbi aksiya çərçivəsində ümumilikdə 100-ə yaxın şəhid ailəsi üzvünə və qaziyə tibbi xidmət göstərilib.
Bu təşəbbüs şəhid ailələrinə diqqət və qayğının bariz nümunəsi olmaqla yanaşı, tarixi zəfərin 5 illiyinin mənəvi dəyərlərini əks etdirir və onların daim dövlət qayğısı ilə əhatə olunduğunu bir daha təsdiqləyir.
Daha sonra Zəfər Gününün beşinci ildönümündə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini yad etmək və yaşıl mühitin qorunmasına töhfə vermək məqsədilə tibb müəssisəsinin ərazisində ağacəkmə aksiyası da təşkil olunub.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Günay Ağamalı: “Bu gün Şuşa şəhəri yenidən doğulur”

Next

Xətai rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələri və qazilərlə görüş keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved