Milli Məclisdə keçirilən birgə iclasda deputat Vüqar Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun adının “Məşğulluq və İşsizlikdən Sığorta Fondu” olaraq dəyişdirilməsini təklif edib.
Paraqraf.com xəbər verir ki, Vüqar Bayramov bildirib ki, gələn il Fondun xərcləri 266,4 milyon manat olacaq, bunun 77 milyon manatı (30%) özünüməşğulluq tədbirlərinə, 28 milyon manatı (10,5%) isə işsizlik sığorta ödənişlərinə yönəldiləcək. Bu səbəbdən fondun adının dəyişdirilməsi onun fəaliyyət istiqamətinə daha uyğun sayılır.
Deputat əlavə edib ki, ehtiyac meyarının 300 manata qaldırılması ünvanlı sosial yardımı artıracaq hazırda 80 min 300 ailənin 353 min 300 üzvü bu yardımı alır.
![]()
Visited 15 times, 1 visit(s) today
