Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 6
  • Rauf Zeyni: “Xalqımız ağır sınaqlardan keçərək bu günkü Zəfəri əldə edib”

Rauf Zeyni: “Xalqımız ağır sınaqlardan keçərək bu günkü Zəfəri əldə edib”

admin 06 Noyabr 2025 3 minutes read
1439dee129314c7e8b3590b8394257e805112025014342376
PAYLAŞIN:

Azərbaycan xalqının azadlıq və ədalət uğrunda mübarizəsinin zirvəsi olan 8 Noyabr – Zəfər Günü dövlətimizin gücünü, xalqımızın birliyini və milli iradəsini təcəssüm etdirir.

 

Paraqraf.com xəbər verir ki, bu münasibətlə Bakı İctimai Əməkdaşllq Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlama verib:

“Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra torpaqlarımız mənfur qonşularımız tərəfindən işğal olundu, soyqırıma, terrora və digər qeyri-insani hallara məruz qaldı. Xalqımız 1 milyondan çox qaçqın və məcburi köçkün vaqonlarda, sığınacaqlarda, palatalarda yaşamaq məcburiyyətində qaldı. Bir müddətdən sonra Ulu Öndər Heydər Əliyev, daha sonra isə Prezident İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlər üçün müəyyən şərait yaradıldı”.

Rauf Zeyni qeyd edib ki, Azərbaycan xalqı bu ağır dövrləri böyük əzmlə arxada qoydu və torpaqlarını işğaldan azad etməklə tarixi Zəfərə imza atdı:

“Bu məşəqqətlər, əzablar boşuna deyildi. Torpaqlarımız işğaldan azad olundu, xalqımız çox böyük Zəfər əldə etdi. Bu gün əsrin məhkəməsi davam edir – bir qrup erməni əsilli şəxsin mühakiməsi aparılır və Azərbaycan bu məhkəmədə xalqımıza qarşı aparılan siyasəti dünyaya nümayiş etdirə bilir. Bu reallıqları, bizə qarşı edilən siyasəti və qazandığımız Zəfəri dünya ictimaiyyətinə çatdırmalıyıq”.

QHT sədri bildirib ki, torpaqların qorunması və Zəfərin layiqincə təbliği hər bir vətəndaşın borcudur:

“Torpaqlarımızı qorumağa çalışmalıyıq, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və bu, böyük bayramdır. Çox şükür ki, artıq tam ərazimizə hakim olmuşuq, suverenliyimizi bərpa etmişik. Dünya ictimaiyyətini məlumatlandırmalıyıq ki, xalqımız asan həyat yaşamayıb – çətin, ağır sınaqlardan keçərək bu günkü Zəfəri əldə edib”.

 

Pərvanə Fərhadqızı

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Tərtər işi”:Bəkir Orucovla bağlı qərar verildi
Next: Milli Məclis komitələrinin birgə iclasında 2026-cı il üçün dövlət büdcəsinin layihəsi müzakirə olunub

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.