Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, gələn ildən xaricdən gətirilən elektrik avtomobillərinə görə əlavə dəyər vergisi alınacaq. Bağırovun iddiasına görə, bu ƏDV-nin tətbiqi yerli elektrik avtomobil istehsalına bu və ya digər formada müsbət təsir edəcək. Şahin Bağırov həmçinin iddia edib ki, Azərbaycanda elektrikli avtomobillərə maraq azdır.
İqtisadçı Natiq Cəfərli Bağırovun bu açıqlamasına ironiya ilə yanaşaraq deyib:
-Hörmətli nazirlər, məmurlar, hökumət üzvləri, lütfən, açıqlama verərkən bizim məntiqimizlə oynamayın, vətəndaşı ağılsız saymayın. Anlayıram, vəziyyətiniz qəlizdir, absurd qərarları izah etmək çətindir, amma heç olmasa, vətəndaşa, ictimayyətə hörmət edin, ağa-qara deməyin. Ay müəllim, ölkəmiz nəinki elektromobil, pulta taxılan batareya belə istehsal edə bilmir….
Ölkəyə 10 aya 1700 elektromobil gəlib, Şahin Bağırov deyir ki, bu azdır, ona görə də ƏDV tədbiq edib 18% qiymətini artırırıq. Qiymətlər 18-20% artacaqsa, deməli elektromobillərə maraq da azalacaq, elə deyilmi?! Əgər dövlətin istəyi marağı artırmaq, ekoloji təmiz elektromobillərin gətirilməsini, satışını stimullaşdırmaqdırsa, deməli ƏDV ləğvi ilə yanaşı, digər təşviq addımları da atır ki, satış çoxalsın. Məsələn, bir çox AB ölkələrində elektromobil alanlar nəinki vergilərdən azad edilir, həm də dövlət onlara dəyərin bir qismini (10-20% arası) ödəyir ki, maraq artsın. Şahin müəllim deyir ki, maraq azdır (halbuki bu maraq məsələsi deyil, alıcılıq qabiliyyəti və şarj infrastrukturunun azlığı məsələsidir), indi biz ƏDV tətbiq edəcəyik ki, maraq daha da azalsın! Fantastik məntiqdir!
![]()
Visited 25 times, 1 visit(s) today
