Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Natiq Cəfərlidən ŞAhin Bağırova cavab: Lütfən, açıqlama verərkən bizim məntiqimizlə oynamayın, vətəndaşı ağılsız saymayın
İQTİSADİYYAT

Natiq Cəfərlidən ŞAhin Bağırova cavab: Lütfən, açıqlama verərkən bizim məntiqimizlə oynamayın, vətəndaşı ağılsız saymayın

06 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, gələn ildən xaricdən gətirilən elektrik avtomobillərinə görə əlavə dəyər vergisi alınacaq. Bağırovun iddiasına görə, bu ƏDV-nin tətbiqi yerli elektrik avtomobil istehsalına bu və ya digər formada müsbət təsir edəcək. Şahin Bağırov həmçinin iddia edib ki, Azərbaycanda elektrikli avtomobillərə maraq azdır.
İqtisadçı Natiq Cəfərli Bağırovun bu açıqlamasına ironiya ilə yanaşaraq deyib:
-Hörmətli nazirlər, məmurlar, hökumət üzvləri, lütfən, açıqlama verərkən bizim məntiqimizlə oynamayın, vətəndaşı ağılsız saymayın. Anlayıram, vəziyyətiniz qəlizdir, absurd qərarları izah etmək çətindir, amma heç olmasa, vətəndaşa, ictimayyətə hörmət edin, ağa-qara deməyin. Ay müəllim, ölkəmiz nəinki elektromobil, pulta taxılan batareya belə istehsal edə bilmir….
Ölkəyə 10 aya 1700 elektromobil gəlib, Şahin Bağırov deyir ki, bu azdır, ona görə də ƏDV tədbiq edib 18% qiymətini artırırıq. Qiymətlər 18-20% artacaqsa, deməli elektromobillərə maraq da azalacaq, elə deyilmi?! Əgər dövlətin istəyi marağı artırmaq, ekoloji təmiz elektromobillərin gətirilməsini, satışını stimullaşdırmaqdırsa, deməli ƏDV ləğvi ilə yanaşı, digər təşviq addımları da atır ki, satış çoxalsın. Məsələn, bir çox AB ölkələrində elektromobil alanlar nəinki vergilərdən azad edilir, həm də dövlət onlara dəyərin bir qismini (10-20% arası) ödəyir ki, maraq artsın. Şahin müəllim deyir ki, maraq azdır (halbuki bu maraq məsələsi deyil, alıcılıq qabiliyyəti və şarj infrastrukturunun azlığı məsələsidir), indi biz ƏDV tətbiq edəcəyik ki, maraq daha da azalsın! Fantastik məntiqdir!

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bir sıra dövlət orqanlarının (qurumlarının) mətbuat xidmətlərinin nümayəndələri üçün təlim keçilib

Next

Prezident onları təltif etdi – Siyahı

Copyright 2026— Praqraf.com. All rights reserved