Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 1
  • Su artıq “su qiymətinə” olmayacaq

Su artıq “su qiymətinə” olmayacaq

admin 01 Noyabr 2025 6 minutes read
17619111982874516866904a19e3c47a
PAYLAŞIN:

“Azərbaycanda kommunal xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində tarif siyasətinin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılır. Qaz və elektrik enerjisində olduğu kimi, su təchizatı xidmətlərində də diferensiallaşdırılmış tariflərin tətbiqi gündəmdədir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov yerli mediaya açıqlamasında deyib.

O bildirib ki, bu dəyişikliklər resursların daha səmərəli idarə olunmasına, istehlak mədəniyyətinin formalaşmasına və su ehtiyatlarının qorunmasına xidmət etməyi hədəfləyir:

“Elə bu kontekstdə həmin diferensial tariflərin nə zaman qüvvəyə minəcəyi məsələsi də aktuallaşır. Əgər biz su sahəsində diferensial qiymətləndirməyə keçsək, bu müsbət nəticə verər. Hələlik bu barədə konkret qərar olmasa da, hazırda bununla bağlı təhlillər aparılır”.

Onun sözlərinə görə, Azərbaycan ümumilikdə içməli su ilə yüksək təminata malik ölkə deyil:

“Bizim su ehtiyatlarımız məhduddur, buna görə də bu milli sərvətdən səmərəli istifadə etmək vacibdir. Məhz bu baxımdan əhalini sudan qənaətlə istifadə etməyə təşviq edirik, maarifləndiririk ki, suyu israf etməsinlər. Bu, yalnız əhali üçün deyil, təşkilatlar və biznes strukturları üçün də keçərlidir, məsələn, avtomobil yuyucu məntəqələrdə də su çox israf olunur. Bu isə səmərəli hesab edilmir”.

Deputat qeyd edib ki, gələn ildən diferensial tariflərin tətbiqi mümkündür.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bu, bir metodologiyadır:

 

“İstehlakçı davranışının istiqamətləndirilməsi məqsədilə həm dövlət, həm də özəl sektorda geniş şəkildə tətbiq olunur. Bunu həm dünyada, həm də son dövrlərdə Azərbaycanda da müşahidə edirik. Suyun qiymətinin müxtəlif limitlər əsasında diferensial formada tarifləndirilməsi yanaşmasının gündəmə gəlməsinin də düşünürəm ki, bir neçə məqsədi var. Birincisi, bu və ya digər şəkildə həqiqətən hazırda ciddi problemlərdən birinə çevrilməkdə olan su qıtlığı ilə mübarizədə qənaətliliyin və istehlakçı səmərəliliyin təmin edilməsinə hədəflənib.

Təcrübə göstərir ki, hər hansı bir məhsulun və ya xidmətin, o cümlədən indiki halda suyun qiyməti artdıqda, bu, istehlakçı davranışına birbaşa təsir göstərir. Belə ki, suyun dəyəri artdıqca insanlar daha qənaətli istifadə etməyə çalışırlar. Bu da nəticə etibarı ilə sudan səmərəli istifadə və resursların effektiv idarə olunması siyasətinə xidmət edən bir göstəricidir”.

Ekspert qeyd edib ki, ikinci bir yanaşma isə böyük ehtimalla mövcud və artmaqda olan xərclərin, eyni zamanda hazırkı cari xərclərin kompensasiyası məqsədilə əlavə maliyyə mənbələrinin formalaşdırılmasıdır:

“Bu cür tarifləndirmə təbii olaraq son nəticədə aidiyyəti qurumların və təchizatçıların gəlirlərinin artmasına gətirib çıxarır. Təbii ki, sistem şəffaf və hesabatlı şəkildə idarə olunarsa, bu, yeni investisiyaların cəlbi, müasir texnologiyaların tətbiqi və infrastrukturun səmərəli formalaşdırılması istiqamətində imkanları genişləndirir.

Məsələn, Azərbaycanda suvarma kanallarının 70-80 faizi hələ də torpaq kanallardır. Bu da böyük su itkisinə gətirib çıxardır. Ailə təsərrüfatlarının demək olar ki, çiləmə üsulu ilə suvarma (Çiləmə üsulu ilə suvarma təbii yağışa bənzər suvarma suyunun tətbiqi üsuludur) sistemindən istifadə etmir. Yəni çox istiqamətdə investisiyalara ehtiyac var”.

Rəşad Həsənov vurğulayıb ki, diferensial tarif sisteminin tətbiqi uzunmüddətli dövrdə su ehtiyatlarının səmərəli idarə olunmasına və “yaşıl iqtisadiyyat”a (“Yaşıl iqtisadiyyat” termini insan rifahını və sosial ədaləti təmin edən və eyni zamanda, ətraf mühit risklərini kəskin azaldan iqtisadiyyat kimi müəyyən edilir) keçid prosesinə müəyyən qədər töhfə verə bilər:

“Əgər sistem həqiqətən də uzunmüddətli dövrdə problemin həlli yollarını axtarırsa, xüsusilə də yaşıl iqtisadiyyata keçid bu qədər gündəmdə olduğu bir dövrdə, müvafiq maliyyə mənbələri hesabına müxtəlif layihələr həyata keçirməklə bu istiqamətdə nailiyyətlərə bu və ya digər şəkildə yol aça bilər. Yəni bu da nəzəri olaraq başqa bir məqsəd kimi görünür”.

O, hesab edir ki, nəzəri baxımdan bu sistem sosial ədalət prinsipinə əsaslanır:

“Bununla belə, praktikada bu necə tətbiq olunacaq bilmirəm. Yəni bununla bağlı nəsə demək çox çətindir. Bir sıra hallarda qiymətlər artır, amma nəticələr dəyişmir.Digər tərəfdən, proqressiv qiymətləndirmə yanaşması əslində dünyada sosial ədalətin təmin olunması alətlərdən biri kimi istifadə edilir. Hökumət öz məqsədini bu və ya digər şəkildə bununla rahat pərdələyə bilir. Çünki daha çox istifadə edən, daha çox imkanlı şəxslər gəliri yüksək olan ailələr daha çox ödəməklə bu və ya digər şəkildə müvafiq istiqamətdə daha çox töhfə verməyə sövq edilir. 

Nəticə etibarı ilə diferensial tarifləndirmə həm resursların qənaətli istifadəsini təşviq etməyə, həm də maliyyə dayanıqlığını təmin etməyə yönəlmiş bir yanaşmadır. Nəticələr isə gələcəkdə prosesin necə idarə olunmasından asılı olacaq və hələlik bu istiqamətdə uğurlu təcrübələrimiz çox olmadığı üçün bununla bağlı nəsə demək çətindir”.

Loading

Visited 14 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sahibə Qafarova Ermənistana dəvət edildi
Next: Beyin sağlamlığına zərərli olan qidalar – ARAŞDIRMA

OXŞAR MÖVZULAR

kulek

Sabah külək güclənəcək, yağıntı intensivləşəcək

admin 06 Mart 2026
07bec5cf-b8d5-4173-b62c-f695f6318935_1200

Bakı, Sumqayıt, Qax və Samuxda yaşıllıqlara 63 min manatdan çox ziyan vurulub

admin 06 Mart 2026
uq1mnvRDpIBepPFVnrF54lMvkoeNks3Np7DqfBg3_1200

Yaxın Şərqdə münaqişənin daha da güclənməsinə dair narahatlıq fonunda qızıl bahalaşıb

admin 06 Mart 2026

XƏBƏR LENTİ

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200 (1)

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

07 Mart 2026
Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib 5Rh6HwQ79urz2pnYTk3TrrtmBjk7Qth93GtpEyJR_1200

Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib

07 Mart 2026
Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

07 Mart 2026
İranda 4,1 maqnitudada zəlzələ olub 5ddac09f-4744-3b51-a81b-040f30e4066f_1200

İranda 4,1 maqnitudada zəlzələ olub

07 Mart 2026
Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb 46uC1DU9sVLfLiRVsEs1hRHUvKsiNolkvu4z3WZz_1200 (1)

Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb

07 Mart 2026
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib 8eca38e4-fd62-39a3-b3f6-6ed55007d571_1200 (1)

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.