Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 1
  • Rəşad Sadıqov: “Mən “Zirə”nin baş məşqçisi kimi sevinmirəm”

Rəşad Sadıqov: “Mən “Zirə”nin baş məşqçisi kimi sevinmirəm”

admin 01 Noyabr 2025 4 minutes read
176200763890866655469061a5693567
PAYLAŞIN:

Məlum olduğu kimi, “Zirə” Misli Premyer Liqasının 10-cu turunda səfərdə “Karvan-Yevlax”ı 3:2 hesabı ilə məğlub edib.

Paraqraf.com xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“CBC Sport” kanalını 10 illik yubileyi münasibətilə təbrik edirəm. Çempionat elədir ki, heç bir oyuna rahat yanaşa bilmirsən. Bilirdik ki, bizi burada nə gözləyir. “Karvan-Yevlax” ötən tur “Turan Tovuz”a qarşı əzmkar oyun nümayiş etdirmişdi. Bilirdik ki, o əzmkarlıq bu gün də özünü göstərəcək. İlk hissəni çox yaxşı səviyyədə keçirdik, çoxsaylı qol epizodlarımız oldu. Rəqibin qapıçısı inanılmaz qurtarışlar etdi.

Bizim qapımıza gələn bir zərbə qolla nəticələndi. Fasilədə futbolçularıma bildirdim ki, hər şeyi düz edirsiniz, bu şəkildə davam etmək lazımdır. Hesabı bərabərləşdirdik. Dərhal yenə ağır zərbə aldıq. Rəqib bizi əks-hücumda yaxalayıb qol vurdu. Buna baxmayaraq futbolçularımız özlərində güc və inam tapıb sona qədər mübarizə apardılar və vacib 3 xal qazandıq. Belə davam etməliyik. Növbəti turda bizi “Turan Tovuz”la gərgin və maraqlı oyun gözləyir”.

– Kapitanın ehtiyatda olması son oyunlardakı zəif çıxışı ilə bağlı idi?

– Millinin üzvləri hər zaman əlavə yüklənirlər. Millidən qayıdandan sonra Qismət Alıyevdə yorğunluq hiss olunurdu. Ötən tur da onu əsas heyətdə oynatmamağı düşünürdüm. Amma son anda fikrimdən yayındım. Həmin oyun göstərdi ki, fasiləyə ehtiyac var. Elçin Əlicanov da oyunlara yaxşı qoşulmuşdu. Ona şans verdik. Ele oldu ki, effekt verdi. Həm Elçin, həm Qismət qol ötürməsi etdi.

– Zədəli futbolçuların durumu necədir?

– İssa Cibrilla bu həftə komanda ilə məşq etməlidir. Amma “Turan Tovuz”la matçda iştirak etməyi sual altındadır. Davit Volkov isə milli fasilədən sonra qayıdacaq.

– İlk qolda qapıçının səhvinin olduğunu düşünürsüz?

– Aydından çox canlı səddin səhvinin olduğunu düşünürəm. Oyunçu topu yerlə vurdu və canlı səddin altından keçdi. Əslində Aydın çox yaxşı reaksiya verdi. “Qarabağ”la oyunda buraxdığımız qola oxşadı. Onda da İssa Cibrilla yanlış davranmışdı. Biz bu barədə danışmışdıq. Amma futboldur, oxşar səhv oldu. Ümumən Aydının çıxışı məni məmnun etdi.

– Ruan Renato ilə onun Azərbaycan millisində çıxış etməsi ilə bağlı söhbətiniz olub?

– Xeyr, söhbətim olmayıb. Son illərdə milliləşmə ilə bağlı proseslərdə durğunluq var. Düşünürəm ki, Ruan Renato elə futbolçudur ki, özü ilə razılaşdırılsa, millimizə xeyir verə bilər. Legionerdən legionerə fərq var. Ruanda azərbaycanlı xüsusiyyətləri, xarakteri, vətənpərvərlik görürsən. Hansısa mövqeyə ehtiyac varsa, bu tip futbolçuları milliləşdirməyə ehtiyac var. Amma məndən asılı qərar deyil. Mən “Zirə”nin baş məşqçisi kimi sevinmirəm. Milliyə getməsi mənə sərf etmir. Əvvəl legionerlər milliləşdiriləndə hamı deyirdi ki, yerli pasportla çempionatda oynayacaq. Amma artıq elə söhbət yoxdur. Milli üçün faydalı ola bilər.

Loading

Visited 13 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Məzahir Pənahov da Ramiz Mehdiyevə “Ata” deyirmiş
Next: Maykl Ceksonun fondu 2,5 milyonluq təzminat ödədi

OXŞAR MÖVZULAR

K5ncrRD2jQShNz0keXOh2DZkDyl5bgjAHm9nP5rg_1200 (1)

Azərbaycan Basketbol Liqasının XVIII turunda bu gün iki matç keçiriləcək

admin 07 Mart 2026
WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

admin 07 Mart 2026
0eddcb6a-00ec-372d-b257-ac56d00a619e_1200

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tur başa çatıb

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.