Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 1
  • “Əgər referendum keçirilsəydi, çox riskli olardı” – MÜSAHİBƏ

“Əgər referendum keçirilsəydi, çox riskli olardı” – MÜSAHİBƏ

admin 01 Noyabr 2025 8 minutes read
176190560930390276969048bc91a389
PAYLAŞIN:

“Nikol Paşinyan tarixdə qalmaq istəyir”.

Bu sözləri politoloq Zəlimxan Məmmədli “Cümhuriyət”-ə müsahibəsində deyib.

Paraqraf.com müsahibəni təqdim edir:

– Zəlimxan bəy, son günlər Ermənistan mətbuatında parlament seçkilərinin vaxtından əvvəl keçiriləcəyi iddia olunur. Sizcə, Baş nazir Nikol Paşinyan nə üçün belə bir addım atır?

– Çox ciddi bir proses başlayıb. Bu prosesin bir qütbündə də Paşinyan dayanır. O, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin düzəlməsi istiqamətində cəsarətli addımlar atır. Artıq kommunikasiya imkanları məhdudiyyəti aradan qalxır, gediş-gəliş üçün alternativ yollar təklif olunur. Ümumiyyətlə, Cənubi Qafqazın gələcəyinin müəyyən olunması məhz Bakı-İrəvan münasibətlərinin yenidən qurulması ilə bağlıdır.

Düzdür, Ermənistanda revanşistlər və Rusiyanın cəsus şəbəkəsi var. Lakin bütün hallarda proses elə gedir ki, Paşinyanın reytinqi bir qədər düşsə belə, onu üstələyə bilmirlər. Belə vəziyyətdə Paşinyan vaxt qazanmaq üçün parlament seçkilərinin keçirilmə vaxtını tezləşdirə bilər. Nəzərə almaq lazımdır ki, Paşinyanın alternativləri kifayət qədər zəifdir və revanşistlərin imkanları məhduddur. Məkrli qüvvələrin həmlələri ilə Ermənistandakı siyasi situasiya dəyişərsə, revanşistlərə imkan tanına bilər. Ona görə də Baş nazir indi rahatlıqla bu addımı atır.

– Paşinyanın növbədənkənar seçki keçirməkdə məqsədlərindən biri də 2026-cı ildə referendum keçirmək və Azərbaycanla sülh müqaviləsiimzalamaqdır?

– Bəli, belə bir ehtimal var. Paşinyan əlində uzunmüddətli səlahiyyət istəyir ki, Azərbaycanla münasibətləri inkişaf etdirsin və alternativ bəhanələr qalmasın. İndiyə kimi Ermənistanda neçə baş nazir və prezident dəyişib. Lakin Paşinyan qədər sülhə belə yaxın olan başqa lider olmayıb. Üstəlik, dünyanın mütərəqqi gücləri tərəfindən dəstəklənir. İrəvanda hər zaman Rusiyayönümlü şəxslərin hakimiyyətdə olduğunu görmüşük. Kremlin Ermənistana bütün göstərişləri də Azərbaycanla konflikti dərinləşdirməyə hesablanıb.

Kim Azərbaycanla Ermənistan arasında münasibətləri üst səviyyəyə çıxaracaqsa, o, tarixdə qalacaq. Paşinyan da tarixi şəxsiyyət olmaq istəyir. Rusiyanın təsir dairəsində olan zümrələri neytrallaşdırmaq, Ermənistan, Azərbaycan və Türkiyə arasında kommunikasiya yollarını açmaq və diplomatik əlaqələri yüksək səviyyə çatdırmağı hədəfləyir. Gələcəkdə Orta dəhlizin üzərində Ermənistan da ciddi maliyyə dəstəkləri əldə etmək istəyir. Bu, geopolitik anlamda Cənubi Qafqazın birliyi üçün həm də yolun açılmasıdır.

– Bir neçə gün öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın sülh sazişinin imzalanması üçün Konstitusiyanı dəyişmək şərtini ölkəsi üçün “qəbuledilməz” adlandırıb. Onun bu açıqlamasını necə dəyərləndirirsiniz?

– Mirzoyanın bu ifadələri işlətməsi də təsadüfi deyil. O, seçki qabağı belə bəyanat səsləndirməklə müxalifətə əks arqument verməməyi hədəfləyir. Yəni seçkiyə hesablanmış sözlərdir. Lakin bu məsələlər ikitərəfli görüşlərdə razılaşdırılıb.

Düşünürəm ki, konstitusiya dəyişikləri olacaq. Əks təqdirdə gələcəkdə Fransa və ya ABŞ-də ermənilərin iddialarına uyğun namizəd hakimiyyətə gəlsə, revanşistlərə dəstək verə bilərlər. Üstəlik, konstitusiya onlar üçün “tutacaq” ola bilər. “Böyük Ermənistan” xülyasının konstitusiyada qalması gələcəkdə siyasi konfliktlər üçün zəmin yaratma ehtimalı var.

– Ermənistan Konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları çıxarılmadan Bakı-İrəvan arasında sülh müqaviləsinin imzalanması və Türkiyə ilə sərhədlərin açılması gözlənilmir. Yəni bu vəziyyətdə dəyişikliklər labüddür…

– Bəli, üç ölkə arasındakı əlaqələrin normallaşması üçün buna ehtiyac var. Sözügedən addımdan sonra tərəflər arasındakı əlaqələr sürətlə inkişaf edə bilər. Məsələn, bir müddət öncə azərbaycanlı QHT nümayəndələri İrəvana getdi. Gələcəkdə də erməni QHT üzvləri də Bakıya gələ bilər. Həmçinin, Azərbaycan Prezidentinin və ya hakimiyyət nümayəndələrinin İrəvana getməsi, eləcə də Ermənistanın Baş nazirinin və ya digər rəsmi şəxslərin Bakıya gəlməsi təəccüblü olmaz.

Artıq proses başlayıb və yol xəritəsi bəllidir. Rusiyanın təsir dairələrini Azərbaycan-Ermənistan münasibətlərindən sıxışdırıb çıxarmaq üçün addımlar atılır. Konstitusiyadakı ərazi iddiaları üçüncü qüvvələrin əlində “alət”ə çevrilə bilər. Ermənistanda ağıllı cəmiyyət formalaşır. Onlar başqa dövlətlərə ərazi iddia edən maddələrin konstitusiyada qalmasına imkan verməyəcəklər.

– Necə düşünürsünüz, Paşinyan parlament seçkilərindən sonra Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina olunması üçün konstitusiya dəyişikliyi ilə bağlı referenduma gedə bilər?

– Bunun alternativi yoxdur. Azərbaycan və Türkiyənin bölgədə nüfuz dairəsi artır. Nəticədə, Cənubi Qafqazda konflikt yaradacaq mərkəzlərin təsir dairəsindən çıxır. Bakı və Ankara bilir ki, sözügedən maddələr Konstitusiyada qaldığı müddətdə üçüncü qüvvələrin Ermənistan üzərindən bölgəyə təsir imkanları artacaq.

Konkret olaraq, Rusiya amili var. Gələcəkdə hansısa siyasi uğursuzluq olacağı təqdirdə, Moskva bundan istifadə edərək revanşistlər üçün əlavə stimul yarada bilər. Konstitusiya o qədər şəffaf olmalıdır ki, üç region dövlətinin mənafeyinə uyğun olsun. Hansısa sual işarəsi qalmamalıdır. Faktiki olaraq, indi Ermənistanda hüquqi zəmində Azərbaycan və Türkiyəyə ərazi iddiaları var.

Sülh müqaviləsi imzalanmaldır. Paşinyan parlament seçkilərində qalib gələcəyi təqdirdə bu məsələ də öz həllini tapacaq. İndiki zamanda elektral bazanı küsdürmək və ya başqa qütbə yönəltmək doğru deyil. Hətta bu, siyasi cəhətdən naşılıq olardı.

– Paşinyanın parlament seçkilərində çətinlik yaşama ehtimalı var?

– Demokratiya elə bir mürəkkəb sistemdir ki, seçki günü bəlli olacaq. İndiki zamanda baş verən proseslərin sonunda Paşinyanın reytinqi nə qədər aşağı düşsə belə, yenə də digərlərindən yüksəkdir. Koalisiya da yarana bilər.

Burada Qərbin də dəstəyi qaçılmaz olacaq. Fransa və ABŞ-nin mövqeyi Ermənistan siyasi sisteminə təsir gücündədir. Rusiyanın mövqeyi bəllidir. Kreml konfliktə meyillidir və sülhpərvər deyil. Digərləri isə koalisiyanın Paşinyan ətrafında birləşməsi üçün açıq və ya gizli dəstək nümayiş etdirə bilərlər. Hər halda, bu gün bölgənin gələcəyi Paşinyanın şəxsindən getmir. Paşinyan xəttinin davamlılığından gedir.

– İndiki vəziyyətdə erməni cəmiyyəti konstitusiyanın dəyişməsi üçün referendumda “hə” deməsi inandırıcıdır?

– Əgər referendum keçirilsəydi, çox riskli olardı. Çünki Paşinyana “satqın” və ya “böyük ideallardan imtina edib” deyənlər var. Bəlkə fərqli nəticələr ola bilər. Yenə də bölgədə siyasi proseslərə yön verən mərkəzlərin konstruktiv cərəyan olaraq daha çox olduğunu düşünürəm. Birbaşa olmasa da, dolayı yolla təsir edə bilərlər. Nəzərə almaq lazımdır ki, islahatçı xəttin imkanları daha genişdir. Yəni proses belə getdikdən sonra referendumda da müsbət nəticə əldə etmək olar.

Elmir Mustafa

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Milli həmrəyliyə qarşı bolşevik təfəkkürlü Ramiz Mehdiyev
Next: Prezident həmkarını təbrik etdi

OXŞAR MÖVZULAR

622831610_2099591370828876_1463721973845710828_n (1)

Sapı özümüzdə olan yaralar

admin 28 Yanvar 2026
2026_01_12_6964a498de789

Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması dayanır

admin 12 Yanvar 2026
1739280352_musfiq

Müşfiq Ötgün: “Əxlaq cəmiyyətin etiketi yox, insanın daxili seçimidir”

admin 09 Yanvar 2026

XƏBƏR LENTİ

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200 (1)

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

07 Mart 2026
Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib 5Rh6HwQ79urz2pnYTk3TrrtmBjk7Qth93GtpEyJR_1200

Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib

07 Mart 2026
Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

07 Mart 2026
İranda 4,1 maqnitudada zəlzələ olub 5ddac09f-4744-3b51-a81b-040f30e4066f_1200

İranda 4,1 maqnitudada zəlzələ olub

07 Mart 2026
Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb 46uC1DU9sVLfLiRVsEs1hRHUvKsiNolkvu4z3WZz_1200 (1)

Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb

07 Mart 2026
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib 8eca38e4-fd62-39a3-b3f6-6ed55007d571_1200 (1)

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.