Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 1
  • Beyin sağlamlığına zərərli olan qidalar – ARAŞDIRMA

Beyin sağlamlığına zərərli olan qidalar – ARAŞDIRMA

admin 01 Noyabr 2025 3 minutes read
176198088019064856156905b1d07df87
PAYLAŞIN:

Bu gün bütün dünyada olduğunu kimi Azərbaycanda da insanlar artıq çəki, eləcə də müxtəlif xəstəliklərdən əziyyət çəkirlər.

Mütəxəssislər isə bu problemin yaranma səbəblərindən biri kimi istehlak edilən qidaları əsas göstərirlər. Hazırda marketlərdə müxtəlif növ ərzaqlar satılır ki, onların bir qisminin orqanizmə faydasından çox ziyanı var.

Paraqraf.com xəbər verir ki, Virciniya Texnologiya Universitetinin alimləri hansı növ zərərli qidaların beyin sağlamlığına ən çox zərər verdiyini müəyyən ediblər.

Araşdırmaya görə, ultra emal olunmuş ət məhsulları və şəkərli içkilər siyahıda birinci yerdədir.Alimlər müəyyən ediblər ki, hər gün bu iki qida qrupundan bir porsiya artıq istehlak edən insanlarda demensiya və Alzheimer kimi pozğunluqların inkişaf riski xeyli artır.

2014-2020-ci illər arasında aparılan tədqiqatda 55 yaş və yuxarı 4 750 ABŞ vətəndaşı müayinə edilib. Onlar hər iki ildən bir koqnitiv testdən keçiblər. Araşdırmada 1 363 nəfərdə koqnitiv pozğunluq müşahidə olunub.

Qeyd edilir ki, hər gün bir porsiya artıq ultra emal olunmuş ət istehlak edənlərdə risk 17 faiz artıb. Eləcə də hər gün bir porsiya artıq şəkərli içki (kola, buzlu çay, meyvəli içkilər və s.) istehlak edənlərdə risk 6 faiz artıb.

Tədqiqat zamanı maraqlı bir fakt da aşkarlanıb. Belə ki, umumi ultra emal olunmuş qida (UPF) istehlakı ilə koqnitiv pozğunluq arasında birbaşa əlaqə tapılmayıb. Çörək, şirniyyat, qəlyanaltılar, süd məhsulları və ya hazır yeməklər kimi digər UPF növləri, artan risklə heç bir əlaqəsi olmayıb.

Virginia Texnologiya Universitetinin insan qidalanması üzrə professor Brenda Davy, nəticələrin ümidverici bir mesaj daşıdığını söyləyib:

“Dəyişdirilə bilən şeylər var. Əsas məsələ ağıllı və balanslı seçimlər etməkdir”.

Tədqiqatçılar vurğulayıblar ki, ultra emal olunmuş məhsulları azaltmağın ən təsirli yolu evdə yemək bişirmə vərdişlərini artırmaqdır.

Virginia Texnologiya Universitetinin nümayəndəsi Ben Katz deyib:

“Pəhriz saxlamaq bir şeydir, onu hazırlamaq bacarığına sahib olmaq isə tamamilə başqa bir şeydir”.

Loading

Visited 15 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Su artıq “su qiymətinə” olmayacaq
Next: Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

OXŞAR MÖVZULAR

kulek

Sabah külək güclənəcək, yağıntı intensivləşəcək

admin 06 Mart 2026
07bec5cf-b8d5-4173-b62c-f695f6318935_1200

Bakı, Sumqayıt, Qax və Samuxda yaşıllıqlara 63 min manatdan çox ziyan vurulub

admin 06 Mart 2026
IMG-20260306-WA0002

“Turan” hərbi yataqxanasının sakinləri yaşayış hüquqlarının bərpasını tələb edirlər

admin 06 Mart 2026

XƏBƏR LENTİ

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200 (1)

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

07 Mart 2026
Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib 5Rh6HwQ79urz2pnYTk3TrrtmBjk7Qth93GtpEyJR_1200

Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib

07 Mart 2026
Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

07 Mart 2026
İranda 4,1 maqnitudada zəlzələ olub 5ddac09f-4744-3b51-a81b-040f30e4066f_1200

İranda 4,1 maqnitudada zəlzələ olub

07 Mart 2026
Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb 46uC1DU9sVLfLiRVsEs1hRHUvKsiNolkvu4z3WZz_1200 (1)

Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb

07 Mart 2026
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib 8eca38e4-fd62-39a3-b3f6-6ed55007d571_1200 (1)

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.