Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 29
  • Bakıda “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans keçiriləcək

Bakıda “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans keçiriləcək

admin 29 Oktyabr 2025 3 minutes read
IMG-20251029-WA0010
PAYLAŞIN:

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə oktyabrın 31-də Azərbaycanda ilk dəfə Belçikanın müstəmləkə keçmişinə və onun hazırkı ağır fəsadlarına həsr olunan “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans keçiriləcək.

Paraqraf.com xəbər verir ki, bu barədə BTQ məlumat yayıb.

Verilən məlumata görə, tədbirdə Belçikanın keçmiş müstəmləkələri – Konqo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələr, habelə diplomatlar və rəsmi şəxslər iştirak edəcəklər.

Ümumilikdə konfransa 8 ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssislər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları, reparasiya məsələləri üzrə ekspertlər qatılacaq.

Konfransda Belçikanın Afrika qitəsində, xüsusilə Konqo Demokratik Respublikası, Ruanda və Burundi kimi keçmiş müstəmləkələrində yerli əhaliyə qarşı törətdiyi vəhşiliklər – etnik bölünmə siyasəti, kütləvi qətllər və mədəni mirasın talan edilməsi, o cümlədən Belçika müstəmləkəçiliyinin bu günə qədər davam edən ağır nəticələri müzakirə ediləcək.

Eyni zamanda, Belçikanın müstəmləkə ərazilərində həyata keçirdiyi neokolonial siyasət nəticəsində adıçəkilən ölkələrin resurslarının hələ də istismar edilməsi, dəymiş ziyana görə bu xalqlara ödənməli olan kompensasiya tələbinin beynəlxalq müstəviyə daşınması və beynəlxalq təşkilatların gündəliyinə salınması ətrafında fikir mübadiləsi aparılacaq.

Konfransdan bir gün əvvəl, oktyabrın 30-da xarici qonaqlar Bakı Dövlət Universitetində müəllim və tələbə heyəti ilə “Mərkəzi Afrikada Belçika müstəmləkəçiliyi və onun bu günə qədər davam edən ağır fəsadları” mövzusunda müzakirələr aparacaq, auditoriya üçün mühazirələr oxuyacaqlar.

Xatırladaq ki, 2019-cu ildə BMT-nin Afrika Mənşəli Şəxslərin İşçi Qrupu tərəfindən hazırlanan hesabatda Belçikanın müstəmləkəçiliyi dövründə indiki Konqo Demokratik Respublikası, Ruanda və Burundidə 10 milyon insanın qətlə yetirildiyi, on minlərlə insanın əllərinin kəsildiyi, bu gün də münaqişə ocağına çevrilmiş etnik bölünmə siyasətinin həyata keçirildiyi, yerli əhalinin məcburi əməyə cəlb edildiyi, 20 min qarışıq nikahdan olan (metis) uşağın oğurlandığı və yerli icmalardan ayıraraq assimilyasiya siyasətinə məruz qoyulduğu, soyqırımlarına zəmin yaradıldığı vurğulanır. Hesabatda Belçikaya həqiqətlərin və faktların aşkar edilməsi üçün komissiyanın qurulması, arxivlərin açılması və təzminat ödənilməsi tövsiyə edilir.

Paraqraf.com

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Bu il hotellərin 75 faizi boş qalıb: Ən aşağı göstərici Laçında olub
Next: Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.