Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 20
  • BMU-da Dayanıqlı İnkişaf Məqsədləri həftəsinə start verilib

BMU-da Dayanıqlı İnkişaf Məqsədləri həftəsinə start verilib

admin 20 Oktyabr 2025 3 minutes read
1-dim a
PAYLAŞIN:

Bakı Mühəndislik Universitetində (BMU) Dayanıqlı İnkişaf Məqsədləri (DİM) həftəsi çərçivəsində açılış tədbiri keçirilib. Məqsəd BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri barədə tələbələrin məlumatlılığını artırmaq və onları bu istiqamətdə fəaliyyətə təşviq etmək olub.

Açılışda BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov çıxış edərək bildirib ki, DİM həftəsi universitet icmasında ekoloji və sosial məsuliyyətin təşviqi üçün əhəmiyyətli bir platformadır. Bildirilib ki, tələbələr həftə ərzində təşkil olunacaq fəaliyyətlərdə iştirak etməklə həm biliklərini genişləndirəcək, həm də cəmiyyət üçün faydalı təşəbbüslər həyata keçirəcəklər.

Sonra Tələbə Elmi Cəmiyyətinin sədri Aysu Cəbrayılova DİM həftəsi çərçivəsində nəzərdə tutulan tədbirlər haqqında məlumat verib. Qeyd edib ki, bu tədbirlər zamanı tələbələr yalnız öyrənməyəcək, eyni zamanda öz ideyalarını paylaşacaq, faydalı layihələr həyata keçirmək imkanı qazanacaqlar.

Kimya mühəndisliyi kafedrasının dosenti Nərminə Quliyeva isə DİM-in istiqamətləri, hədəfləri barədə geniş məruzə ilə çıxış edib. Çıxışda DİM məqsədlərinin dünyada necə tətbiq olunduğu nümunələrlə izah olunub, yaşıl texnologiyalar sahəsində qlobal səviyyədə aparılan işlərə diqqət çəkilib.  N.Quliyeva tələbələri DİM istiqamətlərində elmi araşdırmalar aparmağa, yaradıcı layihələr hazırlamağa çağırıb və BMU laboratoriyaları, eləcə də Texnoparkının onların ideyalarının reallaşdırılması üçün geniş imkanlarını vurğulayıb.

Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçılar dayanıqlı inkişaf mövzusunda öz  baxış və təkliflərini bölüşüblər.

Daha sonra DİM açılış həftəsi çərçivəsində ekoloji yönümlü aksiya təşkil olunub. Aksiya çərçivəsində tələbələr kampus ərazisində təmizlik işləri aparıblar. Tədbirin əsas məqsədi gənclər arasında ekoloji maarifləndirməni artırmaq və dayanıqlı həyat tərzinin təşviqinə dəstək göstərmək olub. Tələbələr tullantıları çeşidləyərək karton qutulara toplayıb, bərk və yumşaq məişət tullantılarını ayrılıqda təhvil veriblər.

Bu təşəbbüs DİM-in “Məsuliyyətli istehsal və istehlak”, “İqlim dəyişikliyinə qarşı mübarizə”, “Məqsədlər naminə tərəfdaşlıq” istiqmətlərinə uyğun olaraq həyata keçirilib.

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Şimalın səssiz zənginliyi: Tarix, Mədəniyyət və Ləzzət Dolu Bir Bölgə
Next: BMU-da icbari tibbi sığorta ilə bağlı məlumat sessiyası

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.