Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 15
  • YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov

YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov

admin 15 Oktyabr 2025 4 minutes read
IMG-20251015-WA0015
PAYLAŞIN:

III MDB Oyunlarının Gəncə və digər şəhərlərdə keçirilməsi birliyin humanitar əməkdaşlığının inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Qədim mədəniyyət və gənclik şəhəri olan Gəncənin ev sahibliyi etdiyi yarışlar idman vasitəsilə xalqlar arasında dostluq, həmrəylik və qarşılıqlı anlayışın möhkəmlənməsinə xidmət edib. Müxtəlif ölkələrdən gələn idmançıların iştirakı MDB məkanında birgə dəyərlərin paylaşılması və əməkdaşlığın mədəni əsaslarda genişlənməsi üçün əlverişli mühit yaradıb. Bu mötəbər idman tədbiri həm də birliyin gələcəkdə daha sıx humanitar inteqrasiyasına təkan verən vacib addım kimi əhəmiyyət daşıyır. MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində – XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu: “Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir”.

Azərbaycanın müstəqillik illərində Müstəqil Dövlətlər Birliyi çərçivəsində həyata keçirdiyi çoxsaylı iqtisadi və logistika layihələri, eləcə də enerji və nəqliyyat dəhlizlərinin yaradılmasında oynadığı aparıcı rol ölkəmizi regionun mühüm iqtisadi mərkəzinə çevirib. Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu və Zəngəzur dəhlizi kimi təşəbbüslər MDB ölkələrinin bir çoxu üçün yeni iqtisadi imkanlar açır.
MDB Dövlət Başçıları Şurasının iclasında diqqət mərkəzində olan məsələlərdən biri də humanitar əməkdaşlığın inkişaf etdirilməsi idi.
MDB çərçivəsində təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahəsində birgə proqramların reallaşdırılması qarşılıqlı etimadın dərinləşməsinə xidmət edir. Azərbaycan bu istiqamətdə də fəal rol oynayaraq müxtəlif humanitar təşəbbüslərə dəstək verir, regional inteqrasiyanın mədəni əsaslarını gücləndirir.
Düşənbə sammitində Azərbaycan tərəfi iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə dair konkret baxışını da ifadə edib. MDB məkanında iqtisadi əlaqələrin liberallaşdırılması, ticarət dövriyyəsinin artırılması və yeni logistika marşrutlarının yaradılması regional sabitliyə töhfə verir. Dövlətimizin nəqliyyat tranzit potensialı, xüsusilə də Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində mühüm tranzit qovşağına çevrilməsi bu sahədə birliyin strateji maraqlarına cavab verir.
Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası bir daha təsdiqləyib ki, Azərbaycan birliyin ən fəal və etibarlı üzvlərindən biridir. Prezident İlham Əliyevin çıxışı birliyin gələcək fəaliyyətinə strateji istiqamət verən, MDB məkanında əməkdaşlıq, sabitlik və mədəni inteqrasiyanın dərinləşdirilməsinə yönəlmiş prinsipial mövqenin ifadəsi olub.

Türkanə Səfərova
Paraqraf.com

Loading

Visited 127 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Tramp və Zelenski arasında Vaşinqton görüşü: Ukraynaya yeni yardım gündəmdə
Next: Tənqidlə necə başa çıxmaq olar?

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.