Hikmət Hacıyev Azərbaycanın müasir diplomatiyasında və informasiya siyasətində mühüm rol oynayan şəxsiyyətlərdən biridir. Onun doğum günü isə yalnız şəxsi bir tarix deyil, həm də ölkəyə sədaqətlə xidmət edən peşəkar dövlət xadiminin fəaliyyətinə nəzər salmaq üçün bir fürsətdir.
Uzun illərdir Azərbaycanın beynəlxalq arenada mövqelərinin güclənməsində, informasiya müharibəsində doğru və çevik strategiyaların qurulmasında onun böyük payı var. Hikmət Hacıyev daim operativ, dəqiq və milli maraqlara uyğun çıxışları ilə ictimaiyyətin etimadını qazanıb.
Bu gün Hikmət Hacıyevi doğum günü münasibətilə təbrik edən hər kəs təkcə bir şəxsi deyil, ölkənin informasiya cəbhəsində ön xəttdə dayanan bir lideri təbrik etmiş olur.
Ona sağlamlıq, yeni uğurlar və dövlətimizə xidmət yolunda daha böyük nailiyyətlər arzulayırıq!
Paraqraf.com
![]()
