Yenilənə bilən enerji mənbələri 2025-ci ilin ilk yarısında tarixdə ilk dəfə kömürdən daha çox elektrik enerjisi istehsal edib.
“Paraqraf.com” xəbər verir ki, enerji kəşfiyyat təşkilatı Emberin hesabatına əsasən, külək və günəş enerjisindəki sürətli artım qlobal elektrik tələbindəki yüksəlişi belə ötərək təmiz enerji sahəsində “tarixi dönüş nöqtəsi” yaradıb.
88 ölkəni və dünya elektrik istehlakının 93%-ni əhatə edən araşdırmaya görə, 2025-ci ilin ilk altı ayında yenilənə bilən mənbələrdən 5 072 teravatt-saat (TWh) elektrik istehsal edilib, kömürdən isə 4 896 TWh istifadə olunub.
Bu göstəricilər ötən illə müqayisədə yenilənə bilən enerjinin 7,5% artdığını, kömür istifadəsinin isə 0,3% azaldığını göstərir.
Hesabata əsasən, həmin dövrdə qlobal elektrik tələbi 2,6% artaraq 369 TWh-ə çatıb. Lakin yeni istifadəyə verilən günəş elektrik stansiyaları bu artımın 86%-ni təkbaşına təmin edib.
Bunun nəticəsində enerji sektorundan qaynaqlanan karbon emissiyaları 0,2% azalıb.
Qlobal Günəş Şurasının (Global Solar Council) əməkdaşı Sonia Dunlop bildirib ki, bu göstəricilər təmiz enerji sahəsində “tarixi dönüş nöqtəsinə” işarə edir.
Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, yenilənə bilən enerji mənbələrinin davamlılığı təmin edilməzsə, kömür və təbii qazın enerji sistemindən tamamilə çıxarılması hələ ki, asan olmayacaq.
Ləman, Paraqraf.com
![]()
