“Paraqraf.com” xəbər verir ki, havaların soyuması və dəyişkən hava şəraiti bir sıra yoluxucu və xroniki xəstəliklərin artmasına səbəb olur. Həkimlər xəbərdarlıq edir ki, xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar bu dövrdə daha çox risk altındadır.
Ən çox rast gəlinən xəstəliklər sırasında qrip, soyuqdəymə, faringit, bronxit, sinüzit və allergik rinit yer alır. Eyni zamanda, temperatur dəyişiklikləri oynaq ağrılarını və revmatizmal problemləri də aktivləşdirə bilir.
Payızda ən çox rast gəlinən xəstəliklər bunlardır:
– Qrip və soyuqdəymə: Tənəffüs yolu infeksiyaları bu dövrdə daha aktiv yayılır.
– Bronxit və faringit: Nəmiş hava və toz allergiyası bu xəstəlikləri aktivləşdirə bilər.
– Sinüzit: Temperatur dəyişkənliyi və rinit sinüzitin kəskinləşməsinə səbəb olur.
– Allergik reaksiyalar: Payızda çiçək tozları yerini küf və toz allergiyalarına verir.
– Depressiv hallar: Günəş işığının azalması ilə bəzi insanlarda mövsümi depressiya inkişaf edir.
– Oynaq ağrıları və revmatizmal xəstəliklər: Soyuq və rütubət bu ağrıların artmasına səbəb ola bilər.
Həkimlərin tövsiyəsinə görə, bu xəstəliklərdən qorunmaq üçün:
– Geyim rejiminə diqqət edilməli, soyuma və tərləmədən qorunmalıdır,
– İmmunitet sistemini gücləndirən C vitamini, sink, D vitamini kimi maddələr qəbul edilməlidir,
– Mümkün qədər təmiz havada vaxt keçirilməli, otaqlar tez-tez havalandırılmalıdır,
– Mövsümə uyğun qidalanma təmin olunmalıdır.
Ləman
Paraqraf.com
![]()
