Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 3
  • “Əsiri güllələdilər və bizə meyiti verdilər” – Yeni böhtan kampaniyası…

“Əsiri güllələdilər və bizə meyiti verdilər” – Yeni böhtan kampaniyası…

redaktor 03 Oktyabr 2025 5 minutes read
yerevan-armenia-travel-photo-20240918180404056-main-image
PAYLAŞIN:

Erməni saxtakarlığı heç bir sınır tanımır. Elə ağ yalanlar uydurub danışırlar ki, adam onların bu “isetdadına” məəttəl qalır.  Həm rəsmi, həm qeyri-rəsmi şəxslərinin, həm də ictimai təşkilatlarının uydurduğu yalanlar isə günü-gündən çoxalır. 

Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin direktoru Siranuş Sahakyanın açıqlaması da tamamilə yalan, böhtan, saxtakarlıq üzərində qurulub. Sahakyanın iddiası o qədər absurddur ki, ona heç ermənilərin özləri də inanmırlar. O deyib ki, Azərbaycan tərəfi erməni əsirlərini Ermənistana guya “öldürərək” təhvil verib (?), guya bununla bağlı əllərində “təsdiqedici dəlillər var”. Onun iddiasına görə, Azərbaycan əsirləri guya sağ şəkildə qaytarmayıb.

Bu adamın nə demək istədiyi doğrudan da anlaşılmazdır. Bu gün həm Azərbaycanda erməni əsiri yoxdur, həm də Azərbaycan tərəfi əsirləri sağ-salamat geri qaytarıb. Bunun bu yalanının hardan qaynaqlandığı da məlum deyil.

Sahakyanın iddialarının davamı ilə tanış olarkən onun məqsədini aydın şəkildə görməmək olmur. Onun dərdi hazırda Bakıda həbsdə olan və məhkəmələri gedən separatçıları müdafiə etmək imiş. Çünki o, həmin 23 şəxsdən də danışır ki, onlar da hərbi canilərdir və müxtəlif ağır cinayətlər törətməkdə təqsirli bilinərək üzərlərində məhkəmə qurulub. O, həmin şəxsləri “əsir” adlandırır.

Paraqraf.com xəbər verir ki, mövzuya müstəqil ekspert Rauf Zeyni münasibət bildirdi.

O, “Bakı-Xəbər”ə dedi ki, erməni QHT-ləri son 30 ildə yalan danışmaqda davam edirlər və hər dəfə də Azərbaycan QHT nümayəndələri onların layiqli cavablarını verib:

“Biz iştirak etdiyimiz beynəlxalq konfranslarda erməni QHT nümayəndələrinə hər zaman sual verirdik ki, siz 30 ildə işğala etiraz etmisinizmi? Xeyr etməmisiniz. Özləri etiraf edirdilər ki, biz etiraz etsək Sarkisyan rejimi bizi həmin gün öldürər. Yəni biz Ermənistandan olan QHT-lərə dəfələrlə fikrimizi bildirmişik ki, siz əgər işğala, terrora, soyqırıma etiraz etməmisinizsə sizin qeyri-hökumət təşkilatı, müstəqil ekspert kimi fəaliyyət göstərməyə mənəvi haqqınız yoxdur. Hələ ictimai-siyasi haqqı qoyuruq bir tərəfə. İndi Azərbaycanla Ermənistanın sülhə doğru getdiyi bir vaxtda müxtəlif mərkəzlər tərəfindən maliyyələşdirilən, kimlərsə tərəfindən idarə olunan, hansısa sifarişləri yerinə yetirən Siranuş Sahakyan kimilər ortalığa atılıblar ki, Azərbaycan guya hansısa hərbi cinayət törədib, əsirləri gülləyib və sair. Onun dedikləri tamamilə əsassızdır. Bunlar hamısı məlum məsələlərdir ki, onların arxasında kimlər dayanır, kimlərin sifarişlərini yerinə yetirirlər. Onların özlərinin mövqeyi olsaydı, müstəqil olsaydılar, 30 ildə heç olmasa bir dəfə işğala, terrora, soyqırıma etiraz edərdilər, əgər etməyiblərsə, demokratik dəyərlərdən, insan hüquqlarından danışmağa mənəvi haqları yoxdur. Yəqin ki, bundan sonra Ermənistanda və Azərbaycanda müxtəlif sülh və ictimai etimadın yaradılması ilə bağlı erməni QHT-ləri ilə bizim görüşlərimiz olacaq. Biz yenə həmin mövqeyimizi ifadə edəcəyik, amma onlar nə deyəcəklər, bax, bu bizim üçün maraqlıdır”.

R.Zeyni qeyd etdi ki, özü də daxil olmaqla, Azərbaycanın QHT nümayəndələri 30 ildə bu mövqeyi onlara dəfələrlə bildiriblər. R.Zeyninin sözlərinə görə, onlar da bunu yaxşı bilir ki, işğala məruz qalan ölkənin QHT-lərinin hər bir məsələdən danışmağa tam mənəvi haqqı var: “Çünki bizim ərazilərimiz işğala məruz qalmışdı. Biz torpaqlarımızı işğaldan azad etdik. Alnımız açıq, üzümüz ağdır. Bütün mənalarda bütün bəşəri dəyərlərə də biz öz töhfəmizi vermişik. Mənəvi, bəşəri haqqımız var ki, istənilən mövzuda danışaq. Onlar nədən danışacaq? Danışmağa onların haqqı yoxdur”-deyə R.Zeyni əlavə etdi.

Paraqraf.com

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

redaktor

See author's posts

Related

Post navigation

Previous: Oqtay Şirəliyev vəfat etdi
Next: İranda helikopter qəzası – Ölən var

OXŞAR MÖVZULAR

images

Sülhün Konstitusiyası: 1945-ci ildə UNESCO-nun doğulduğu gün

admin 16 Dekabr 2025
d96c887aa4913d1c9629d2b75db526da

Sovet bayrağını qaldırmaq: Tarixi yaddaşdan uzaqlaşma və gələcəyə yanlış baxış

admin 29 Noyabr 2025
17616369819958506566900727570548

“Ermənistanın Konstitusiya oyunu: Paşinyan ‘ərazi iddiası yoxdur’ deyir, amma qanun başqa danışır”

admin 02 Noyabr 2025

XƏBƏR LENTİ

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb 5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

07 Mart 2026
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200 (1)

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

07 Mart 2026
Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib 5Rh6HwQ79urz2pnYTk3TrrtmBjk7Qth93GtpEyJR_1200

Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib

07 Mart 2026
Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

07 Mart 2026
İranda 4,1 maqnitudada zəlzələ olub 5ddac09f-4744-3b51-a81b-040f30e4066f_1200

İranda 4,1 maqnitudada zəlzələ olub

07 Mart 2026
Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb 46uC1DU9sVLfLiRVsEs1hRHUvKsiNolkvu4z3WZz_1200 (1)

Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.