Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Sentyabr
  • 23
  • “Hərbi biletə görə 22 min manat verdim” – Dövlət Xidmətinin sabiq idarə rəisinin məhkəməsi

“Hərbi biletə görə 22 min manat verdim” – Dövlət Xidmətinin sabiq idarə rəisinin məhkəməsi

admin 23 Sentyabr 2025 3 minutes read
68d1555b0f46f68d1555b0f4701758549339326f2fa41d753c62038800c5a389d7a5
PAYLAŞIN:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti, kapitan Xalid Əzimov və zabiti, baş leytenant Emil Nəbiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Paraqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Cinayət işi üzrə şahid qismində tanınan Əhməd Əhmədov bildirib ki, hərbi xidmətdən azad olunması üçün 22 min manat pul verib: “Magistr təhsili alırdım. Möhlətim noyabr ayında bitirdi. Lakin mənə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon Hərbi Komissarlığından zəng gəldi. Mən ora təhsil sənədimlə getdim. Sənədin etibarlı olmadığını dedilər. Mən də yoxlanışdan keçdim. Tibbi müayinə üçün əvvəlcə Sabunçu xəstəxanasına, sonra Qobuya getdim. Bu məsələni tanışım Abdulla Ələsgərova dedim. Abdulla mənə Ramin Şükürovla danışaraq məsələni həll edəcəyini bildirdi. Onunla birlikdə yenidən hərbi komissarlığa getdim. Ramin Şükürova ayağımda və belimdə problemin olduğunu dedim. Ramin Şükürov da mənim ayağıma və belimə baxdı. Sonra yenidən Sabunçuya və Qobuya müayinədən keçmək üçün getdim. İyun ayında mənə hərbi bilet verildi. Bileti aldıqdan sonra Abdullaya 22 min manat verdim”.

Daha sonra şahid qismində dindirilən Araz Məmmədov ifadəsində deyib ki, qohumunun əsgərlik məsələsini 6 min manata həll ediblər.

Məhkəmə digır şahidlərin ifadəsi ilə oktyabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), Emil Nəbiyevə həmin Məcəllənin 311.3.1 və 311.3.3, Xalid Əzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ittiham irəli sürülüb.

Təqsirləndirilən Ramin Şükürov ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Emil Nəbiyevə və Xalid Əzimova isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Daha sonra Ramin Şükürov məhkəmənin qərarı ilə ev dusdalığına buraxılıb.

Həmçinin hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.

Cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ərdoğan və Trampın 2019-cu il razılaşması qüvvədə qalacaq
Next: Ankara-Bakı reysinin kapitanı təyyarədə həyəcan siqnalı barədə aeroporta sorğu göndərib, siqnalın əsassız olduğu müəyyənləşib

OXŞAR MÖVZULAR

kulek

Sabah külək güclənəcək, yağıntı intensivləşəcək

admin 06 Mart 2026
07bec5cf-b8d5-4173-b62c-f695f6318935_1200

Bakı, Sumqayıt, Qax və Samuxda yaşıllıqlara 63 min manatdan çox ziyan vurulub

admin 06 Mart 2026
IMG-20260306-WA0002

“Turan” hərbi yataqxanasının sakinləri yaşayış hüquqlarının bərpasını tələb edirlər

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb 5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

07 Mart 2026
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200 (1)

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

07 Mart 2026
Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib 5Rh6HwQ79urz2pnYTk3TrrtmBjk7Qth93GtpEyJR_1200

Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib

07 Mart 2026
Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

07 Mart 2026
İranda 4,1 maqnitudada zəlzələ olub 5ddac09f-4744-3b51-a81b-040f30e4066f_1200

İranda 4,1 maqnitudada zəlzələ olub

07 Mart 2026
Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb 46uC1DU9sVLfLiRVsEs1hRHUvKsiNolkvu4z3WZz_1200 (1)

Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.