Dünya Qadın Seriyası: “Neftçi SOCAR” Takasaki mərhələsinə qələbə ilə start verib
3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsinə qələbə ilə start verib.
Paraqraf.com-un məlumatına görə, Azərbaycan təmsilçisi B qrupundakı ilk matçında Yaponiya millisi ilə üz-üzə gəlib.
Qarşılaşma “ağ-qaralar”ın qələbəsi ilə yekunlaşıb – 15:14.
Qeyd edək ki, təmsilçimiz qrupda ikinci oyununu Yaponiyanın “Takasaki” klubuna qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 14:10-da baş tutacaq.
Paraqraf.com
![]()