Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirildi – FOTOLAR
MANŞETŞOU-BİZNES

Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirildi – FOTOLAR

15 Avqust 2026
PAYLAŞIN:

Yaşıl Teatrda müğənni Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib.

Paraqraf.com xəbər verir ki, konsert proqramında Rəvan Qarayev repertuarında yer alan məşhur mahnılarını səsləndirib. Sənətçinin ifaları orkestrin müşayiəti ilə təqdim olunub.

Gecənin aparıcısı Əməkdar artist Əkbər Əlizadə olub. Konsertdə müğənni Miro da iştirak edib və səhnəyə çıxaraq öz ifalarını təqdim edib.

Gecənin diqqətçəkən məqamlarından biri Rəvan Qarayevin ailə üzvləri ilə səhnəni bölüşməsi olub. Sənətçi bacısı Həcər Abdullayeva və atası Elşaq Qarayevlə duet ifa edib.

Konsert musiqi nömrələri ilə yanaşı, xüsusi rəqs səhnələri və səhnəciklərlə də zəngin olub. Hər ifa üçün ayrıca səhnə həlli hazırlanıb.

Gecənin ən duyğusal anlarından biri isə Rəvan Qarayevin Milli Qəhrəman Hökümə Əliyevaya həsr etdiyi “Hər şey yaxşı olacaq” əsərini ifa etməsi olub. Konsertdə Milli Qəhrəmanın anası da iştirak edib. Əsərin səsləndirilməsi tamaşaçılar tərəfindən böyük diqqət və duyğu ilə qarşılanıb.

Konsert boyu səmimi ab-hava hökm sürüb. Rəvan Qarayevin tamaşaçılarla birbaşa ünsiyyəti və auditoriyanın ifalara qoşulması gecənin yaddaqalan məqamlarından olub.

Konsertin sonunda sənətçi növbəti solo konserti ilə bağlı anons verib. Onun sözlərinə görə, növbəti konsertin fevralın 23-də Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır.

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

Fidan Hacıyevanın 50 illiyi 3 aylıq Opera Festivalı ilə qeyd olunacaq – VİDEO

Next

Şəhid Vüsal Xəlilovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved