Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Müəllimin maaşı şagirdin nəticəsinə bağlanmalıdırmı? Pedaqoq Ülviyyə Hüseynli mövqeyini açıqlayır
ELM VƏ TƏHSİLMANŞET

Müəllimin maaşı şagirdin nəticəsinə bağlanmalıdırmı? Pedaqoq Ülviyyə Hüseynli mövqeyini açıqlayır

15 Avqust 2026
PAYLAŞIN:

Son günlər müəllimlərin əməkhaqqının şagirdlərin akademik nəticələrinə uyğun müəyyənləşdirilməsi ilə bağlı təkliflər gündəmə gəlib. Təklif cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub. Bir tərəfdən müəllimin fəaliyyətinin əsas göstəricilərindən birinin şagirdin qazandığı nəticə olduğu bildirilir, digər tərəfdən isə təhsil prosesində nəticəyə təsir edən amillərin yalnız müəllimlə məhdudlaşmadığı vurğulanır.

Dünyanın müxtəlif ölkələrində şagird nailiyyətlərinə əsaslanan bonus və əlavə ödəniş modellərindən istifadə nümunələri mövcuddur. Lakin müəllimin əsas maaşının birbaşa şagird nəticəsinə bağlanması geniş yayılmış yanaşma deyil.

Mövzu ilə bağlı Paraqraf.com-a pedaqoq Ülviyyə Hüseynli bildirib ki, müəllimin əməkhaqqını yalnız şagirdlərin nəticələri əsasında müəyyənləşdirmək doğru yanaşma deyil. Onun sözlərinə görə, şagirdin akademik göstəricisi bir neçə amilin birgə təsiri nəticəsində formalaşır:

“Şagirdin nəticəsini yalnız müəllimin fəaliyyəti ilə ölçmək düzgün deyil. Təhsil prosesi kompleks bir prosesdir. Burada müəllimin peşəkarlığı ilə yanaşı, şagirdin fərdi imkanları, ailənin münasibəti, məktəbdəki mühit, valideyn dəstəyi, istifadə olunan resurslar və şagirdin öz motivasiyası da mühüm rol oynayır”.

Pedaqoq hesab edir ki, bu amillər sırasında “inklüziv təhsilin xüsusiyyətləri də nəzərə alınmalıdır”. İnklüziv siniflərdə şagirdlərin fərdi ehtiyacları, öyrənmə imkanları və inkişaf tempi bir-birindən ciddi şəkildə fərqlənə bilər. Belə şəraitdə müəllimin əsas vəzifələrindən biri bütün şagirdlər üçün uyğun öyrənmə mühiti yaratmaq və hər bir uşağın öz imkanları çərçivəsində inkişafına nail olmaqdır.

“İnklüziv təhsil şəraitində müəllimin üzərinə əlavə məsuliyyət düşür. Müxtəlif ehtiyacları olan şagirdlərlə işləyən müəllim yalnız akademik nəticəni deyil, uşağın sosial, emosional və fərdi inkişafını da nəzərə almalıdır. Bəzi hallarda müəllimlər şagirdin ehtiyaclarının müəyyənləşdirilməsi və ona uyğun yanaşmanın seçilməsi üçün məktəb psixoloqları ilə də əməkdaşlıq edirlər. Bu əməkdaşlıq göstərir ki, şagirdin inkişafı yalnız müəllimin fəaliyyəti ilə məhdudlaşmır və burada mütəxəssislərin birgə işi də mühüm rol oynayır”.

Pedaqoq vurğulayır ki, eyni müəllim müxtəlif şagirdlərlə fərqli nəticələr əldə edə bilər. Bunun səbəbi isə şagirdlərin ilkin bilik səviyyəsinin, öyrənmə sürətinin, fərdi ehtiyaclarının və sosial imkanlarının eyni olmamasıdır:

“Bir müəllimin qarşısında yüksək motivasiyalı və hazırlıqlı şagird ola bilər, digər sinifdə isə təhsilə marağı zəif olan, əlavə dəstəyə ehtiyacı olan və ya fərdi yanaşma tələb edən uşaqlar ola bilər. Hər iki halda müəllimin gördüyü iş eyni meyarla qiymətləndirilməməlidir. Məktəbin ümumi nəticəsini bir müəllimin üzərinə qoymaq olmaz. Məktəbin ümumi göstəricisini ayrı-ayrı müəllimlərin nəticələri əsasında qiymətləndirmək də müəyyən problemlər yarada bilər”.

Onun fikrincə, bu vəziyyətdə müəllimin əməkhaqqının şagird nəticəsinə birbaşa bağlanması ədalətsiz nəticələrə gətirib çıxara bilər:

“Bir müəllimin öz fənni üzrə bir neçə şagirdi yüksək nəticə göstərirsə, həmin müəllimin əməyini qiymətləndirmək lazımdır. Eyni zamanda aşağı nəticə göstərən şagirdlə işləyən və onu müəyyən səviyyəyə çatdıran müəllimin fəaliyyəti də nəzərə alınmalıdır. Çünki müəllimin uğuru yalnız ən yüksək bal toplayan şagirdlərin sayı ilə ölçülə bilməz”.

Ülviyyə Hüseynli qeyd edir ki, müəllimlərin əməkhaqqının müəyyənləşdirilməsində daha geniş qiymətləndirmə mexanizminə ehtiyac var. Şagird nəticələri müəllimin fəaliyyətinin qiymətləndirilməsi zamanı nəzərə alına bilər, lakin yeganə və əsas meyar olmamalıdır:

“Şagird nəticəsi müəllimin fəaliyyətinin göstəricilərindən biri ola bilər. Amma müəllimin dərsə hazırlığı, metodik fəaliyyəti, peşəkar inkişafı, şagirdlərlə fərdi işləməsi, zəif nəticəli şagirdlərin inkişafına verdiyi töhfə, inklüziv təhsildə iştirakı, müxtəlif ehtiyacları olan uşaqlara uyğun yanaşma göstərməsi və məktəbin ictimai həyatında iştirakı da qiymətləndirilməlidir”.

Pedaqoq əlavə edir ki, müəllimin yalnız yüksək nəticə göstərən şagirdlərin sayına görə stimullaşdırılması başqa bir problemin yaranmasına səbəb ola bilər:

“Əgər müəllim yalnız yüksək bal gətirən şagirdlərin nəticəsinə görə qiymətləndirilirsə, o zaman zəif nəticəli şagirdlərlə işləməyə maraq azala bilər. Halbuki müəllimin ən böyük pedaqoji uğurlarından biri məhz zəif nəticə göstərən uşağın inkişafına nail olmaqdır. Xüsusilə inklüziv təhsil şəraitində uşağın əvvəlki vəziyyəti ilə sonrakı inkişafı arasındakı fərq daha böyük əhəmiyyət daşıyır”.

Ülviyyə Hüseynli hesab edir ki, müəllimlər üçün əlavə bonus və stimullaşdırma mexanizmləri tətbiq oluna bilər:

“Lakin bu bonusların müəyyənləşdirilməsi obyektiv və çoxşaxəli meyarlara əsaslanmalıdır. Şagird nəticələrində nəzərəçarpacaq artım əldə edən müəllim əlavə stimullaşdırıla bilər. Amma burada yalnız yekun bal deyil, şagirdin əvvəlki və sonrakı göstəriciləri müqayisə edilməlidir. Müəllim şagirdi hansı səviyyədən hansı səviyyəyə gətirib – əsas suallardan biri bu olmalıdır”.

Pedaqoqun fikrincə, belə yanaşma həm müəllimin əməyinin daha ədalətli qiymətləndirilməsinə, həm də şagirdlərin inkişafına xidmət edə bilər.

“Əsas məqsəd rəqabət yox, təhsilin keyfiyyəti olmalıdır”.

Ülviyyə Hüseynli hesab edir ki, müəllimlərin əməkhaqqı ilə bağlı istənilən yeni modelin əsas məqsədi pedaqoqlar arasında süni rəqabət yaratmaq deyil, təhsilin keyfiyyətini yüksəltmək olmalıdır.

“Müəllim özünü yalnız nəticəyə görə maaş alan şəxs kimi hiss etməməlidir. O, eyni zamanda uşağın inkişafına cavabdeh olan pedaqoqdur. Buna görə də müəllimin əməyinin qiymətləndirilməsi kompleks şəkildə aparılmalıdır. Şagirdin uğuru müəllimin də uğurudur, lakin bu uğurun arxasında məktəb, ailə, psixoloq, digər mütəxəssislər və cəmiyyətin birgə fəaliyyəti dayanır.

Şagird yüksək nəticə göstərirsə, əlbəttə, burada müəllimin böyük əməyi var. Amma həmin nəticəni yalnız bir şəxsin fəaliyyəti ilə izah etmək düzgün deyil. Təhsildə nəticə kollektiv əməyin məhsuludur. Xüsusilə inklüziv təhsil zamanı müəllim, psixoloq, valideyn və digər məktəb əməkdaşlarının əməkdaşlığı şagirdin inkişafında mühüm rol oynayır.

Müəllimlərin maaşının şagird nəticələrinə birbaşa bağlanması əvəzinə, şagird nailiyyətlərinin müəllimin fəaliyyətinin kompleks qiymətləndirilməsi sistemində meyarlardan biri kimi nəzərə alınması daha məqsədəuyğun yanaşmadır”.

Həsən
Paraqraf.com

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

Quru-quru çay içən utanmazlar

Next

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşacaq

Copyright 2026— Praqraf.com. All rights reserved