Böyük Britaniyaya yeni təhsil naziri təyin edilib
Böyük Britaniyanın Baş naziri Endi Börnhem Lüsi Pauelli ölkənin yeni təhsil naziri təyin edib. Bununla da Pauell təxminən bir il əvvəl hökumətdən uzaqlaşdırıldıqdan sonra yenidən Nazirlər Kabinetinə qayıdıb.
O, 2024-cü ilin iyulundan bu vəzifəni icra edən Bricit Fillipsonu əvəz edib. Pauell təhsil sahəsində uzun illər təcrübəyə malik siyasətçidir.
Yeni təyinatından sonra Pauell “X” sosial şəbəkəsində paylaşım edərək bu vəzifəyə görə sevincini ifadə edib:
“Mənim üçün hökumətdə bundan vacib iş yoxdur. Məqsədimiz gənclərin keyfiyyətli təhsil almasını, daha çox imkan qazanmasını və uğurlu gələcəyə sahib olmasını təmin etməkdir. Qarşıda görüləcək çox iş var və fəaliyyətə başlamağı səbirsizliklə gözləyirəm”.
Pauell yeni təhsil naziri kimi 16–19 yaşlıların təhsili, texniki ixtisaslar, ali təhsil, kollec təhsili və Xüsusi təhsil ehtiyacları və əlillik (SEND) sahəsində islahatlara rəhbərlik edəcək.
Onun əsas vəzifələri sırasında 2027-ci ildən tətbiq olunacaq “V Levels” proqramının həyata keçirilməsi, yeni 2-ci səviyyə kvalifikasiyalarının tətbiqi, eləcə də kolleclərdə maliyyə problemləri, əməkhaqqı və müəllim çatışmazlığının aradan qaldırılması yer alır.
![]()