Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Əlilliyin dərki və müyəssərlik mövzusunda iki günlük təlim keçirilib
CƏMİYYƏT

Əlilliyin dərki və müyəssərlik mövzusunda iki günlük təlim keçirilib

09 İyul 2026
PAYLAŞIN:

Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnklüziv şəhərlər alyansı” layihəsi çərçivəsində “Əlilliyin Dərki, Müyəssərlik və Monitorinqlərin aparılması qaydaları” mövzusunda iki günlük təlim təşkil edib.

Təlim 13-cü Dünya Şəhərsalma Forumu (WUF13) və 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və memarlıq ili” elan olunması ilə əlaqədar layihənin fəaliyyət planına uyğun olaraq keçirilib.

Tədbirdə Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Universiteti və Media Tədris Mərkəzinin könüllü tələbələri, “Bu gün TV Media Qurumu”nun əməkdaşları və digər media nümayəndələri iştirak ediblər.

Bu barədə Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli məlumat verib. Onun sözlərinə görə, təlimin əsas məqsədi infrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün əlçatanlıq səviyyəsinin qiymətləndirilməsi və monitorinqlərin aparılması istiqamətində iştirakçıların bilik və bacarıqlarının artırılması olub.

Təlimçi, Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının beynəlxalq əlaqələr və layihələr üzrə məsləhətçisi Telman Yolçiyev iştirakçılara əlillik anlayışı, inklüziv cəmiyyət, universal dizayn prinsipləri, müyəssərlik standartları və monitorinq mexanizmləri barədə ətraflı məlumat verib. Təlim zamanı iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.

Qeyd edək ki, layihə çərçivəsində bundan əvvəl Bakı Urban Həftəsi və 13-cü Dünya Şəhərsalma Forumu zamanı “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” mövzusunda tədbirlər keçirilib. Həmçinin müxtəlif ölkələrdən əlilliyi olan şəxslərin təşkilatlarının iştirakı ilə onlayn görüş təşkil olunub.

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

David Rəhimli: Azərbaycanda müyəssərlik xəritəsinin yaradılması üçün monitorinqlərə başlanıldı- FOTOLAR

Next

Kərəm Bürsinin ulduzu Sea Breeze Walk of Fame-də açıldı – FOTOLAR

Copyright 2026— Praqraf.com. All rights reserved