Xorvatiyaya məğlub olan Panamanın DÇ-2026 ilə vidalaşacağı dəqiqləşib
Futbol üzrə dünya çempionatında Xorvatiya Panama millisinə qalib gəlib.
Paraqraf.com-un məlumatına görə, Toronto stadionunda keçirilən L qrupunun II turunun matçında avropalılar 1:0 hesablı qələbəyə seviniblər.
Yeganə qolun müəllifi 54-cü dəqiqədə Ante Budimir olub.
Bu məğlubiyyətdən sonra Panamanın qrupdan çıxmayacağı dəqiqləşib.
Qeyd edək ki, qrupun digər matçında İngiltərə və Qana milliləri qolsuz (0:0) bərabərə qalıblar.
Paraqraf.com
![]()