Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Ukrayna Orenburqdakı qaz emalı və helium zavodlarına zərbələr endirib
DÜNYA

Ukrayna Orenburqdakı qaz emalı və helium zavodlarına zərbələr endirib

24 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Orenburq vilayətindəki qaz emalı və helium zavodlarına zərbələr endirdiyini açıqlayıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Telegram” kanalındakı məlumatında bildirilib.

Məlumata görə, zərbə iyunun 24-nə keçən gecə endirilib. Qeyd olunub ki, təmas xəttindən hədəflərə qədər olan məsafə 1 200 km-dən çox təşkil edib.

Ukrayna hərbçilərinin məlumatına görə, müəssisələrin ərazisində yanğın baş verib. Mümkün zərərin miqyası dəqiqləşdirilir.

Orenburq qaz emalı zavodu dünyanın ən böyük qaz-kimya komplekslərindən biridir. O, 1974-cü ildə istismara verilib və xarici mütəxəssislərin iştirakı ilə tikilib. Müəssisənin gücü ildə 45 milyard kubmetr qaz təşkil edir; “Qazprom” şirkəti tərəfindən emal edilən bütün qazın təxminən 60 %-i bu zavodun payına düşür.

Bundan əlavə, Ukrayna tərəfi Belqorod vilayətinin Alekseyevka rayonunda FPV-dron anbarının, həmçinin Zaporojye, Kursk və Belqorod vilayətlərində Rusiya qoşunlarının pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinin vurulduğunu açıqlayıb.

Həmçinin, iyunun 23-də Qara dənizin şimal-qərb hissəsində iki dəniz pilotsuz katerinin məhv edildiyi təsdiqlənib.

Bundan başqa, Ukrayna tərəfinin məlumatına görə, Rusiyanın Vladimir vilayətindəki “Vladimir” kosmik rabitə mərkəzinin ərazisində iki bina zədələnib, bundan sonra obyektdə yanğın baş verib.

 

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tramp İranı Hörmüz boğazında rüsum tətbiqi ilə bağlı xəbərdar edib

Next

Ukrayna Krımdakı “Saki” və “Qvardeyskoye” aerodromlarına zərbələr endirib

Copyright 2026— Praqraf.com. All rights reserved