Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Boliviya HHQ-yə aid təyyarə qəzaya uğrayıb, altı nəfər həlak olub
DÜNYA

Boliviya HHQ-yə aid təyyarə qəzaya uğrayıb, altı nəfər həlak olub

22 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Boliviya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində göyərtədəki altı nəfərin hamısı həlak olub.

Paraqraf.com xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

“İlkin məlumatlara görə, hava gəmisinin göyərtəsində olan altı nəfərin hamısının – dörd hərbi qulluqçunun və iki mülki şəxsin həlak olduğu təsdiqlənib”, – paylaşımda qeyd olunub.

Bildirilib ki, hava gəmisi El-Alto Beynəlxalq Hava Limanından havaya qalxıb və Koçabambaya doğru istiqamət alıb. Bir müddət sonra təyyarə ilə əlaqə kəsilib, bununla əlaqədar INCERFA həyəcan siqnalı aktivləşdirilib və təcili yardım göstərilməsi protokolları işə salınıb. Sonradan qəzaya uğramış təyyarənin qalıqlarını Serro-Sayari ərazisində aşkar etmək mümkün olub.

Aviasiya İnsidentlərinin Araşdırılması Komissiyası baş vermiş faciənin şəraitini və səbəblərini müəyyən etmək məqsədilə artıq işə başlayıb.

Yerli media qeyd edir ki, təyyarə paytaxt La-Pas və Koçabamba şəhərini birləşdirən bloklanmış avtomagistralın üzərində havadan patrul xidməti həyata keçirib. Boliviya artıq 50 gündən çoxdur, ölkə iqtisadiyyatının işində ciddi fasilələrə səbəb olmuş yolların blokadaya alınması ilə bağlı irimiqyaslı böhran yaşayır. Ölkə prezidenti Rodriqo Pas ümummilli səviyyədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ və İran 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsini razılaşdırıb

Next

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4100-ü keçib

Copyright 2026— Praqraf.com. All rights reserved