Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İran rəsmiləri İsveçrədə iki raund danışıqlar aparacaq, danışıqların ilkin mövzusu bəllidir
DÜNYA

İran rəsmiləri İsveçrədə iki raund danışıqlar aparacaq, danışıqların ilkin mövzusu bəllidir

21 İyun 2026 1 Min Read
PAYLAŞIN:

İran nümayəndə heyəti iyunun 21-də İsveçrədə iki raund danışıqlar aparacaq.

Paraqraf.com xəbər verir ki, bu barədə məlumatı İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlayıb.

“Bu səhər bu prosesdə vasitəçilik edən Pakistan və Qətər nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçiriləcək. Günün sonlarında Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə İran İslam Respublikası və ABŞ nümayəndə heyətləri arasında dördtərəfli görüşlər keçiriləcək”, – deyə o bildirib.

Daha əvvəl İsveçrə Xarici İşlər Nazirliyi ABŞ və İran nümayəndə heyətlərinin, eləcə də Qətər və Pakistandan olan vasitəçilərin İsveçrənin Bürgenştok şəhərindəki danışıqlar məkanına gəldiyini təsdiqləyib.

Bu arada Britaniyanın “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb ki, İran və ABŞ nümayəndə heyətləri arasında keçiriləcək danışıqların ilkin mövzusu Livanda atəşkəs olacaq.

Adı çəkilməyən bir diplomatın sözlərinə görə, vasitəçilər ilk mərhələdə “Livanda pozuntuların monitorinqi və sülhün qorunması mexanizmini” müzakirə edəcəklər.

Daha sonra Hörmüz boğazının statusu və Tehranın nüvə proqramı müzakirə olunacaq.

Bundan əlavə, nəşr İranın nüvə məsələsinin bir neçə həftə ərzində müzakirə olunacağını vurğulayıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“UFC-də məqsədim titul uğrunda döyüşməkdir” – Fərman Həsənov

Next

Zelenski: Rusiyanın enerji obyektlərinə zərbələr ədalətli cavabdır

Copyright 2026— Praqraf.com. All rights reserved