“Böyük Dəbilqə”: Balabəy Ağayev qızıl, Nizami İmranov bürünc medal qazanıb
Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirinin ilk gününü iki medalla başa vurublar.
Paraqraf.com-un məlumatına görə, son olaraq Nizami İmranov (66 kq) bürünc medal uğrunda görüşdə yerli idmançı Yolk Kazırbyeklə üz-üzə gəlib.
Rəqibini məğlub edən milli üzvü bürünc mükafata sahib çıxıb.
Daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.
Xatırladaq ki, “Böyük Dəbilqə” iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.
Paraqraf.com
![]()