Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və yeni inkişaf mərhələsinin başlanğıcı
MANŞET

15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və yeni inkişaf mərhələsinin başlanğıcı

14 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Hər bir xalqın tarixində onun taleyini dəyişdirən, dövlətçiliyini xilas edən və gələcək inkişaf yolunu müəyyən edən böyük şəxsiyyətlər olur. Bu şəxsiyyətlər ağır və mürəkkəb dövrlərdə öz qətiyyətləri, uzaqgörən siyasətləri və xalqına bağlılıqları ilə millətin xilaskarı rolunu oynayırlar. Azərbaycan xalqının tarixində belə mühüm və əvəzolunmaz rol Ümummilli Lider Heydər Əliyevyə məxsusdur. O, müxtəlif dövrlərdə ölkəyə rəhbərlik edərək ən çətin siyasi şəraitdə Azərbaycanın dövlət müstəqilliyini qorumuş, müasir və sabit dövlətin əsaslarını formalaşdırmışdır. 15 iyun – müasir Azərbaycan dövlətinin qorunması və müstəqil hüquqi dövlət quruculuğu prosesinin başlanması ilə yadda qalan mühüm tarixi gündür. Bu tarix Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli çağırışı ilə Naxçıvandan Bakıya gələrək ölkənin taleyində məsuliyyətli bir missiyanı üzərinə götürdüyü gündür. Həmin dövr Azərbaycan üçün son dərəcə ağır və ziddiyyətli siyasi şəraitlə xarakterizə olunurdu.

1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dərin böhranla üz-üzə qalmışdı. Ermənistanın hərbi təcavüzü, torpaqların işğalı, ölkə daxilində idarəetmənin zəifləməsi, siyasi qarşıdurmalar və iqtisadi tənəzzül dövlətin sabitliyini ciddi şəkildə sarsıdırdı. Hakimiyyət boşluğu və qeyri-sabitlik cəmiyyətin bütün sahələrinə təsir göstərir, ölkəni xaosa sürükləyirdi. Belə bir mürəkkəb vəziyyətdə xalqın ümumi iradəsi ölkəni xilas edə biləcək güclü liderə ehtiyac olduğunu göstərirdi. Cəmiyyətin inamı və tələbi məhz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışını zəruri etdi. 1993-cü il iyunun 9-da Ulu Öndərin Bakıya gəlişi və qısa müddət sonra dövlət rəhbərliyində mühüm vəzifəyə seçilməsi Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı oldu. 1993-cü il iyunun 15-də onun Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkədə real dövlət idarəçiliyi formalaşmağa başladı. Bu hadisə təkcə siyasi dəyişiklik deyil, həm də dövlətin dağılmaq təhlükəsindən xilas edilməsi kimi tarixə düşdü. Ardınca ölkədə sabitliyin təmin olunması, vətəndaş qarşıdurmasının qarşısının alınması və dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz silahlı dəstələrin fəaliyyəti dayandırıldı, ictimai-siyasi sabitlik bərpa olundu, dövlət idarəetmə sistemi yenidən quruldu. Eyni zamanda, iqtisadi islahatların başlanması və beynəlxalq münasibətlərin inkişafı Azərbaycanın gələcək tərəqqisi üçün möhkəm zəmin yaratdı. 1997-ci ildə 15 iyunun Milli Qurtuluş Günü kimi rəsmiləşdirilməsi bu tarixin dövlətçilik tarixində xüsusi yerini bir daha təsdiqlədi. Bu gün artıq Azərbaycan xalqının xilasa, sabitliyə və inkişaf yoluna qayıdışının simvoluna çevrilmişdir.

Bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın iqtisadi gücünün artması, beynəlxalq mövqelərinin möhkəmlənməsi, sosial rifahın yüksəlməsi və müasir infrastrukturun qurulması bu siyasətin nəticəsidir. 2020-ci ildə əldə edilən tarixi Qələbə isə dövlətçilik yolunun ən mühüm mərhələsi kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etdi. 2026-cı ildə Azərbaycan artıq sabit, güclü və dinamik inkişaf edən dövlət kimi regionda mühüm rol oynayır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ölkənin gələcək inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir.

Milli Qurtuluş Günü Azərbaycan tarixində yalnız bir siyasi hadisə deyil, həm də dövlətçilik iradəsinin, milli birliyin və xilaskar liderlik ənənəsinin təcəssümüdür. Bu tarix sübut edir ki, xalqın birliyi və güclü siyasi iradə ən ağır böhranları belə inkişaf və tərəqqi…

 

Samirə Hüseynova

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

DİN: “Son zəng” günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb

Next

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

Copyright 2026— Praqraf.com. All rights reserved