Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
Filippinin Taquiq şəhərindəki yaşayış kompleksində baş verən yanğın nəticəsində təxminən 200 ailə və ya 500-ə yaxın insan evsiz qalıb.
Paraqraf.com xəbər verir ki, bu barədə “ABS-CBN” portalı məlumat yayıb.
Yanğının söndürülməsinə helikopter cəlb edilib.
Hadisə nəticəsində xəsarət alan yoxdur.
Paraqraf.com
![]()