Tramp: Helikopterimizin Hörmüzdə qəzaya uğraması barədə hesabatı sabah dərc edəcəyik
ABŞ Hörmüz boğazı yaxınlığında “Apache” helikopterinin qəzaya uğraması faktı ilə bağlı hesabatı açıqlayacaq.
Paraqraf.com-un “NBC news” telekanalına istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə ABŞ Prezidenti Donald Tramp bildirib.
“Pilotların vəziyyəti yaxşıdır. Xəsarət alan yoxdur. Sabah hesabatı dərc edəcəyik”, – Tramp qeyd edib.
Helikopterin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.
Paraqraf.com
![]()