Azərbaycan ötən il həmtəsisçisi olduğu beynəlxalq fondlara 182 milyon manat ayırıb
2025-ci ildə Azərbaycanın həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında ölkəmizin payının maliyyələşdirilməsi məqsədilə 181,9 milyon manat vəsait ayrılıb.
Paraqraf.com xəbər verir ki, bu barədə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilir.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir. Qanun layihəsinə əsəsən, həmin vəsaitə Türk İnvestisiya Fondu üçün 30,6 milyon manat, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu üçün 108,8 milyon manat və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu üçün 42,5 milyon manat vəsait daxildir.
Paraqraf.com
![]()