Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Paşinyan “Tramp marşrutu” və yeni dəmir yolu planlarını açıqlayıb
DÜNYA

Paşinyan “Tramp marşrutu” və yeni dəmir yolu planlarını açıqlayıb

31 May 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ dövlət katibi və Ermənistanın xarici işlər naziri TRIPP layihəsinin (“Tramp marşrutu”) həyata keçirilməsi üzrə saziş imzalayıb və Ağ Ev rəhbəri Cənubi Qafqazı Şərqdən Qərbə enerji daşıyıcılarının tranziti üçün mühüm marşrut kimi nəzərdən keçirir.

Paraqraf.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniya çərçivəsində çıxışı zamanı deyib.

O əlavə edib ki, Şirak, Lori və Tavuşdan da əhəmiyyətli yollar keçir: “Bu o deməkdir ki, biz yaxın zamanlarda dəmir yolunu yalnız cənub istiqamətində deyil, həm də şimal istiqamətində açacağıq. İki marşrutu (İcevan-Razdan və Vanadzor-Gümrü) birləşdirəcəyik və ən qısa dəmir yolu istiqamətini əldə edəcəyik. Digər tərəfdən beynəlxalq investorlar bizə Şirak, Lori və Tavuşdan keçən yeni pullu yol tikməyi təklif edirlər”.

Qeyd edək ki, ABŞ dövlət katibi M. Rubio mayın 26-da Ermənistan XİN başçısı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib ki, “Tramp Marşrutu” (TRIPP) layihəsi Cənubi Qafqaz regionunda sülh və firavanlığın təmin edilməsinə yönəlib.

Mirzoyan isə Ermənistan və ABŞ arasında TRIPP (“Tramp marşrutu”) layihəsi üzrə çərçivə sazişinin bir neçə həftə ərzində imzalanacağını açıqlayıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Konqoda balina ovlayan qayıq qayaya çırpılıb, 11 nəfər həlak olub

Next

Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır

Copyright 2026— Praqraf.com. All rights reserved