Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Ekspert: “Ölkədə iş bazasını artırmaqla gənclərin xaricə getməsinin qarşısını almaq olar”
MANŞETÖZƏL

Ekspert: “Ölkədə iş bazasını artırmaqla gənclərin xaricə getməsinin qarşısını almaq olar”

29 May 2026 1 Min Read
PAYLAŞIN:

Son illərdə xaricdə təhsil almaq istəyən gənclərin sayı sürətlə artır. Buna səbəb isə gənclərin qəbul imtahanlarında zəif nəticə göstərməsidir. Bir çox gənc hesab edir ki, xaricdə təhsil almaq onların həm peşəkar, həm də şəxsi inkişafına mühüm töhfə verir.

Təhsil eksperti Səbuhi Abdullayev “Paraqraf.com”a bildirib ki, xaricdə təhsil istiqaməti iki profil üzrə həyata keçirilir:

“Dövlət proqramı və fərdi şəkildədir. Dövlət proqramı əsasında reytinqli universitetlər seçilməlidir. Bu universitetlərdə təhsil alanlar gələcəkdə ölkəyə qayıdanda iş tapmaqda daha rahat olurlar. Fərdi şəkildə müraciətlər isə həm özəl, həm də dövlətə aid təhsil mərkəzləri vasitəsilə Türkiyə və digər yaxın ölkələrə yönləndirilir. Buraya əsasən az bal toplayan gənclər üz tuturlar. Bəzi gənclər həmin universitetləri belə bitirə bilmirlər. Çünki zəif nəticə göstəriblər. Lakin həmin gənclərin arasında məsuliyyətli olanlar da var”.

O əlavə edib ki, xaricdə təhsil axınının qarşısını almaq üçün müəyyən peşə məktəblərinin sayının artırılması vacibdir:

“Çünki peşə öyrənməklə gəncləri müxtəlif sahələrə cəlb etmək olar. Eyni zamanda, ölkədə iş mühitini və iş bazasını artırmaqla gənclərin xaricə getməsinin qarşısını almaq mümkündür”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda aerobika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib

Next

“Azərbaycanın yerləşdiyi region təhlükəsizlik xərclərini zəruri edir” – Ekspert

Copyright 2026— Praqraf.com. All rights reserved