Skip to content
29 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 27
  • “Müasir şəhərlər və su təsərrüfatı” layihəsi uğurla yekunlaşdı

“Müasir şəhərlər və su təsərrüfatı” layihəsi uğurla yekunlaşdı

admin 27 May 2026 4 minutes read
IMG-20260527-WA0013
PAYLAŞIN:

“Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə “WUF13 ilə bağlı təşəbbüslər” istiqaməti çərçivəsində həyata keçirdiyi “Müasir şəhərlər və su təsərrüfatı” adlı layihəni “Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu”nun tərəfdaşlığı ilə uğurla başa çatdırıb.

Layihənin yekun tədbirində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Layihə rəhbəri Pərvanə Xıdırova qonaqları salamlayaraq yerli və xarici iştirakçıları tədbirdə görməkdən məmnunluğunu ifadə edib. O, layihə çərçivəsində keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, layihənin ilk günü Bakı Olimpiya Stadionunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin pavilyonunda beynəlxalq ekspertlərin iştirakı ilə panel müzakirəsi keçirilib. Paneldə Beynəlxalq Su İdarəetmə İnstitutunun Özbəkistan üzrə rəhbəri Dr. Barbara Janusz-Pawletta davamlı inkişaf strategiyasında transsərhəd suların idarə olunmasında əməkdaşlığın rolu barədə çıxış edib. Layihələrin idarəedilməsi üzrə rəhbər Alexandr Nikolayenko müasir məskunlaşma şəraitində içməli su və davamlı su idarəetməsində sanitariya dəyişikliklərindən danışıb.

Türkiyənin İstanbul Texnik Universitetinin professoru Bülent İnanç şəhərsalmanın yeni mərhələsində su idarəetməsi, effektivlik və su itkilərinin azaldılması mövzusunda təqdimatla çıxış edib. Polşanın Mickiewicz Universitetinin professoru Dr. Çezary Madry isə Polşada su ehtiyatlarının idarə olunmasında insan coğrafiyasının perspektivindən bəhs edib.

Panelin moderatoru Tural Mustafazadə ekspertlərə mövzu ətrafında suallar ünvanlayıb, iştirakçıların fikirləri dinlənilib və geniş müzakirələr aparılıb.

Layihənin ikinci günündə “Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu”nun sədr müavini Rəşail İsmayılov xarici ekspertləri salamlayaraq onların layihədə iştirakından məmnunluğunu bildirib və Azərbaycanda su təsərrüfatı sahəsində görülən işlər barədə məlumat verib.

SAİRS-in direktoru Şöhrət Məmmədov “Müasir şəhərlərdə insan və təbiət ahəngi” mövzusunda təqdimatla çıxış edib. Daha sonra Təlim və İnnovasiya Mərkəzinin rəhbəri Bahadur Kəngərlinin müşayiəti ilə yaşıllaşdırılmış ekopark ərazisinə infotur təşkil olunub. İştirakçılar burada tətbiq olunan müasir texnologiyalar və ekoloji yanaşmalarla yaxından tanış olublar.

Ardınca keçirilən panel sessiyasında beynəlxalq ekspertlər su idarəçiliyi, sanitariya dəyişiklikləri, şəhərsalma və su ehtiyatlarının idarə olunması mövzularında fikir mübadiləsi aparıblar. Sessiyanın moderatoru “Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu”nun Strateji İnkişaf Departamentinin rəhbəri Şəlalə Həsənova olub.

Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əcnəbi tələbələri də iştirak ediblər. Bədii hissədə tələbələr birlik və həmrəyliyi əks etdirən rəqs nümunələri təqdim ediblər.

Layihənin üçüncü günündə amerikalı ekspert Alan Mammoser QHT Agentliyinin pavilyonunda “Şəhərlərin planlaşdırılmasında vətəndaşların fəal iştirakı” mövzusunda təqdimat edib.

Daha sonra xarici ekspertlərin iştirakı ilə Ceyranbatan Ultrasüzgəcli Təmizləyici Qurğular Kompleksinə infotur təşkil olunub. Kompleksin rəhbəri Oruc Bayramov qonaqlara müasir su idarəetmə sistemi və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Sonda xarici ekspertlər Təşəkkürnamə ilə təltif olunub, layihə komandasına təşəkkür edilib və xatirə şəkli çəkdirilib.

Paraqraf.com

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Azərbaycanda “Aliment Fondu” fəaliyyət göstərmir, lakin yaradılması müzakirə olunur” — Vəkil
Next: “Torpaq uğrunda ölən varsa, Vətəndir!” – 38 nömrəli məktəbdə şəhidə həsr olunmuş kitab təqdim olundu

OXŞAR MÖVZULAR

26e3d287-9b85-479a-a35a-b19546a4861f

“Yeniyetmə tələbələrin üzgüçülüyə marağı gündən-günə artır” – MƏŞQÇİ

admin 27 May 2026
img-20260523-wa0015

“Bakı WUF 13 çərçivəsində şəhərsalma inkişafına növbəti mühüm töhfəsini verdi”

admin 27 May 2026
IMG-20260527-WA0027

Həsən Məmmədov: “Mövcud şəraitdə ABŞ-nin Kubaya hərbi müdaxiləsi real görünmür”

admin 27 May 2026

XƏBƏR LENTİ

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir Qt0bVFSlEICVH4ybMGSCjTEMb8Ywr4KUGefYUrVV_1200

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir

28 May 2026
Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib lrrvtJCaIhoc090LSiEcQhwh5fbxPCfRqk5nCwex_1200

Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib

28 May 2026
Slovakiya Prezidenti: Azərbaycanla ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndiririk ultvrpOI1ukJPN70nxSCxdOGeuIeDr9eGSJgGZ5M_1200

Slovakiya Prezidenti: Azərbaycanla ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndiririk

28 May 2026
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub SPMkZUuSEMQNc40l2Bm1Z4HNQblJ40MHSpykVM39_1200

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub

28 May 2026
“Yeniyetmə tələbələrin üzgüçülüyə marağı gündən-günə artır” – MƏŞQÇİ 26e3d287-9b85-479a-a35a-b19546a4861f

“Yeniyetmə tələbələrin üzgüçülüyə marağı gündən-günə artır” – MƏŞQÇİ

27 May 2026
Hindistan Prezidenti İlham Əliyevi təbrik edib 1XTe2Zw4erHvMEv5CdoB0DgUf9Y5ds5ppSvAP7nt_1200

Hindistan Prezidenti İlham Əliyevi təbrik edib

27 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.