Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Britaniyanın MN rəhbərini daşıyan təyyarə Rusiya sərhədi yaxınlığında peyk siqnalını itirib
DÜNYA

Britaniyanın MN rəhbərini daşıyan təyyarə Rusiya sərhədi yaxınlığında peyk siqnalını itirib

25 May 2026 1 Min Read
PAYLAŞIN:

Britaniyanın müdafiə naziri Con Hilini daşıyan hökumət təyyarəsi Rusiya sərhədi yaxınlığında uçarkən GPS siqnalını itirib.

Paraqraf.com-un məlumatına görə, bu iddia “The Times” qəzeti tərəfindən irəli sürülüb.

Qəzetin jurnalisti hərbi müşavirlər, adı açıqlanmayan üç ulduzlu general və iki fotoqrafla birlikdə Estoniyanın cənub-şərqindəki Britaniya qoşunun mövqelərini ziyarət edən rəsmi ilə birlikdə olub.

Məlumata görə, 21 mayda Böyük Britaniyaya qayıdarkən “Dassault Falcon 900LX” peyk siqnalını itirib. Məqalədə siqnalın yalnız sistemi yenidən yükləməklə bərpa oluna biləcəyi, lakin təyyarənin havada olduğu nəzərə alınmaqla bunun edilmədiyi bildirilir. “The Times” qəzetinin məlumatına görə, nəticədə pilot uçuşun bütün üç saatı ərzində xarici siqnal tələb etməyən inertial naviqasiya sistemindən istifadə edib.

Həmçinin qeyd edilir ki, təyyarənin cihaz paneli qismən işləmir və sərnişinlərin kompüterləri internetə qoşula bilmir. Nəşr müdaxilənin bu konkret təyyarəyə qarşı yönəlmiş hücumun nəticəsi olub-olmadığı barədə nəticə çıxarmayıb.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Axios”: Tramp bir neçə ölkəni “İbrahim sazişləri”nə qoşulmağa çağırıb

Next

Serbiya Prezidenti: Yaxın vaxtlarda istefa verməyim mümkündür

Copyright 2026— Praqraf.com. All rights reserved