Mayın 18-də Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli yeni təyin olunan Rektor Müşavirini kollektivə təqdim edib.
Təqdimat mərasimində SDU-nun professor-müəllim heyəti və struktur rəhbərləri iştirak edib. Rektor onun peşəkar fəaliyyətindən bəhs edərək bildirib ki, texnika elmləri doktoru, dosent Hüseynqulu Quliyev uzun müddət “Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda direktor müavini vəzifəsində çalışıb. O, həmin dövrdə institutda və digər müəssisələrdə həyata keçirilən iri enerji layihələrində fəal iştirak edib. Onun elmi tədqiqatları Azərbaycan enerji sistemində uğurla tətbiq olunur. Dosent H. Quliyev 2021-ci ildən Azərbaycan Texniki Universitetində Energetika və Avtomatika fakültəsinin dekanı vəzifəsində fəaliyyət göstərib. Rektor həmçinin onun çoxsaylı elmi-metodik işlərin, dərslik və monoqrafiyaların müəllifi olduğunu, məqalələrinin ölkə daxilində həmçinin, Scopus və Web of Science kimi beynəlxalq istinad bazalarında dərc olunduğunu qeyd edib. Professor Nurəli Yusifbəyli texnika elmləri doktoru Hüseynqulu Quliyevin Sumqayıt Dövlət Universitetində həm tədris, həm də elmi fəaliyyət sahəsində əhəmiyyətli töhfələr verəcəyinə əminliyini bildirərək onu təbrik edib və uğurlar arzulayıb.
![]()
Visited 6 times, 1 visit(s) today

.jpg)
.jpg)
.jpg)