Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) üçüncü günü çərçivəsində Afrika ölkələrinin regional nazirlər görüşü işinə başlayıb.
Paraqraf.com xəbər verir ki, nazirlər görüşü Afrikanın bəyannamələrdən konkret praktiki fəaliyyətə və onların həyata keçirilməsinə keçidini təmin etmək məqsədi daşıyır.
Görüş iştirakçıları Nayrobi Bəyannaməsinin beş prioritet istiqaməti üzrə konkret öhdəliklər, məsul tərəflər və icra müddətlərini əhatə edən həyata keçirmə üzrə Nazirlər Fəaliyyət Planını qəbul etməyi planlaşdırırlar.
Bundan əlavə, onlar həmçinin mənzil, iqlim, idarəetmə və maliyyələşdirmə məsələlərinə dair konkret təkliflər daxil olmaqla, 2026-cı ilin iyulunda BMT Baş Assambleyası çərçivəsində Yeni Şəhər Gündəliyinin yüksək səviyyəli icmalı üzrə Afrikanın vahid mövqeyini razılaşdırmağı planlaşdırırlar.
Paraqraf.com
![]()
