Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Psixoloq: “Alfa qadın zərifliyini hər zaman saxlayır”
ÖZƏL

Psixoloq: “Alfa qadın zərifliyini hər zaman saxlayır”

14 May 2026 2 Min Read
PAYLAŞIN:

Maskulin qadın xarakterində güc, özünəinam, sərbəstlik və liderlik xüsusiyyətlərini daşıyan qadındır. O, öz qərarlarını müstəqil verir, həyatda məqsədyönlü və qətiyyətli mövqe nümayiş etdirir. Maskulin qadın tərzi yalnız geyim və görünüşlə deyil, həm də davranış və düşüncə tərzi ilə ifadə olunur. Bəzi hallarda isə maskulin qadın obrazı geyim tərzində də özünü göstərir: rahat, klassik və sərt üslublara üstünlük verirlər.

Psixoloq Zəhra Quliyeva “Paraqraf.com”a bildirib ki, maskulin və alfa qadınların hər ikisi qadınlarda güclü olmağı xarakterizə edir:

“Lakin maskulin qadın qorunmağa çalışır, alfa qadın isə özünəinamlı davranışlar sərgiləyir. Maskulin qadınlar nəzarət etməyi sevir və kömək istəməkdə çətinlik çəkirlər. Çünki zəif görünməkdən qorxurlar. Amma alfa qadın nə qədər güclü olsa da, yumşaqlığını hər zaman saxlayır. O, liderdir, lakin nəzarət edən deyil. Həmçinin feminin və maskulin tərəfləri arasında balans qura bilir”.

O əlavə edib ki, maskulin qadınlar şəxsi həyatlarında sərt davranaraq nəzarət etmək istəyinə meyilli olurlar:

“Onlar bir növ özlərini sərtliklə qoruduqları düşüncəsi ilə formalaşdırıblar. Amma alfa qadın emosional hisslərini kontrol edərək münasibətdə özgüvənli şəkildə davam edir”.

Psixoloq hər qadının fərqli davranmasının səbəblərinə də toxunub:

“Bu, əsasən kiçik yaşlardan və zamanla yaşanmış hadisələrdən formalaşır. Heç kim anadangəlmə bunları seçərək doğulmur. Erkən yaşlarda məsuliyyət, travmalar və güvənsizlik kimi hallar olduğuna görə qadınlar özlərini bu şəkildə formalaşdırırlar. Heç bir qadın həyatında sərt olmaq istəməz. Onu bu həyata alışdıran durumlar olduğu üçün özünü qorumağa çalışır.

Cəmiyyətdə qadınlara çox fərqli yanaşırlar. Qadın anlayışı çox yanlış formalaşıb. Gücsüz, səhv etməyə meyilli və ya heç nə bacarmayan kimi fikirlər mövcuddur. Qadınların uğurlarına çox zaman kiçik yanaşırlar.

Qadınlar bu həyatda özlərini hər zaman inkişaf etdirməlidirlər. Həyatlarında nə hadisələr yaşanırsa yaşansın, hər zaman doğru yolda addımlar atmalıdırlar. Çünki bir xanımın uğuru digər xanımlar üçün işıq ola bilər. Alfa qadının hər zaman özgüvənli olması düşüncəsi var. Digər anlayışlar isə özlərini qorumaq üçün görünən zirehlərdir.

Xanımlar təhsil almalı, bu mümkün deyilsə, peşə öyrənməlidirlər”.

 

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

AFFA Region Liqasında final və üçüncü yer uğrunda oyunun yeri müəyyənləşib

Next

“ABŞ və Çin arasında yaxın dövrdə ticarət və investisiya sahəsində güzəştlər mümkündür” – ŞƏRH

Copyright 2026— Praqraf.com. All rights reserved