Skip to content
14 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 14
  • Elçin Əmirbəyov Kambocaya səfər edib, bir sıra görüşlər keçirib

Elçin Əmirbəyov Kambocaya səfər edib, bir sıra görüşlər keçirib

admin 14 May 2026 7 minutes read
aINnBqwBi7jHALXoW5QelcKoGw6Hvi72zMXfhSZ6_1200
PAYLAŞIN:

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Kambocaya işgüzar səfər edib.

Paraqraf.com xəbər verir ki, səfər çərçivəsində dövlət başçısı səlahiyyətlərini icra edən, Kamboca Senatının sədri Hun Sen, ölkənin Baş naziri Hun Manet, Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Prak Sokhonn, Milli Assambleyanın sədri Khuon Sodary ilə görüşlər keçirilib.

Həmçinin ətraf mühit naziri Eang Sophalleth, Kamboca Krallığının Milli Assambleyasının Xarici əlaqələr, beynəlxalq əməkdaşlıq və informasiya komissiyasının sədri Sous Yara, Milli Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Çeu Viçet, eləcə də ASEAN Regional Minatəmizləmə Mərkəzinin (ARMAC) icraçı direktoru Rothna But ilə də görüşlər təşkil olunub.

Dövlət başçısı səlahiyyətlərini icra edən Hun Senlə görüş zamanı həmsöhbət 2014-cü ildə ölkənin baş naziri qismində Azərbaycana səfərini məmnunluqla xatırladaraq onun səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib. O, Azərbaycanı Kamboca üçün yaxın dost ölkə kimi tanıdığını bildirmiş və mümkün olan ilk fürsətdə Azərbaycana təkrar səfər etməyə hazır olduğunu qeyd edib. Hun Sen Azərbaycanla müxtəlif sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən söz açıb və Azərbaycanı etibarlı tərəfdaş kimi gördüyünü vurğulayıb.

Baş nazir Hun Manet ilə keçirilmiş görüş zamanı Elçin Əmirbəyov Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında Azərbaycanın ev sahibliyi ilə Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünə dəvət məktubunu Kambocanın Baş nazirinə təqdim edib. Kambocanın Baş naziri dəvəti məmnunluqla qəbul etdiyini və tədbirdə iştirak etmək niyyətini də olduğunu bildirib.

Danışıqlar zamanı Azərbaycan ilə Kamboca arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoqun intensivləşdirilməsinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin artırılmasının, fəal parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinin, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüşlər çərçivəsində ticarət-iqtisadi əlaqələrin fəallaşdırılması və daha yüksək səviyyəyə çatdırılması, iki ölkə arasında mövcud hüquqi bazanın gücləndirilməsi, investisiya imkanlarının təşviqi, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil, ətraf mühit və digər qarşılıqlı maraq doğuran vacib sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Bu xüsusda qarşı tərəf Azərbaycanın dünya miqyasında enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rolu və Asiya ilə Avropa arasında mühüm nəqliyyat və logistika mərkəzi kimi tanıdığını vurğulayaraq, bu sahələrdə də ölkəmizlə sıx əməkdaşlıq etmək arzusunda olduğunu bildirmişdir.

Kamboca tərəfi Azərbaycanın son illərdə əldə etdiyi mühüm siyasi və sosial-iqtisadi nailiyyətləri, regional və beynəlxalq səviyyədə artan rolunu yüksək qiymətləndirdiklərini bildirib. Eyni zamanda, qarşı tərəf Azərbaycan ilə həm ikitərəfli sahədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı işbirliyinin inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.

Səfər zamanı aparılmış danışıqlar çərçivəsində Elçin Əmirbəyov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, keçən il Vaşinqtonda əldə olunmuş razılaşmalar və davamlı sülhün bərqərar olması istiqamətində növbəti addımlar və gözləntilər barədə ətraflı məlumat verib. O, gələn ay Ermənistanda keçiriləcək parlament seçkilərinin və daha sonra bu ölkənin yeni konstitusiyasının qəbul edilməsi üçün keçiriləcək referendumun nəticələrinin iki ölkə arasında sülh sazişinin imzalanması, beləliklə də regionda uzunmüddətli və dönməz sülhün təmin olunması baxımından həlledici rol oynayacağını diqqətə çatdırıb. Kamboca tərəfi Azərbaycanın davamlı və dönməz sülhün əldə edilməsi üçün atdığı vacib və təqdirəlayiq addımları və həyata keçirdiyi sülh gündəliyini dəstəklədiklərini qeyd edərək, sülh sazişinin imzalanması üçün lazımi şərtlərin qısa zamanda yerinə yetiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də mina təhlükəsi ilə mübarizə istiqamətində rəsmi Bakı tərəfindən görülən məqsədyönlü tədbirlər barədə ətraflı məlumat verib, o cümlədən minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu kontekstdə o, payızda Bakıda keçiriləcək 4-cü Beynəlxalq Humanitar Minatəmizləmə Konfransı barədə məlumat verərək, adıçəkilən tədbirin mina təhlükəsinə qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib, minatəmizləmə sahəsində geniş təcrübəyə malik olan Kamboca tərəfinin tədbirdə fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Elçin Əmirbəyov səfər çərçivəsində Kambocanın Milli Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunda keçirilmiş görüşdə çıxış edib, Azərbaycan-Kamboca münasibətlərinin perspektivləri, regional əməkdaşlıq və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb. O, həmçinin Kambocanın aparıcı dövlət televiziya kanalı TVK-ya müsahibə verib.

Məlum olduğu kimi, Kamboca cari ilin noyabr ayında Beynəlxalq Frankofoniya Təşkilatının üzv-dövlətlərinin dövlət və hökumət başçıları səviyyəsində keçiriləcək növbəti zirvə görüşünə evsahibliyi edəcək.

 

Paraqraf.com 

Loading

Visited 10 times, 10 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “ABŞ və Çin arasında yaxın dövrdə ticarət və investisiya sahəsində güzəştlər mümkündür” – ŞƏRH
Next: Azərbaycan səfiri etimadnaməsini Yaponiya İmperatoruna təqdim edib

OXŞAR MÖVZULAR

07cf20c8-3b80-38aa-9891-92a71b703567_1200

Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmini dövlət siyasətinin prioritetlərindəndir

admin 14 May 2026
cc02c582-3f5b-3583-b5d7-7a4283776893_1200

Quterreş: BMT Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini yüksək qiymətləndirir

admin 14 May 2026
vcrMyLIl9JHkUewu0sAyUSCTZ7RD9RXvLojLEtuT_1200

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

admin 14 May 2026

XƏBƏR LENTİ

Qazaxıstanda Ərdoğana dövlət ordeni verilib 5FMBeFrnmLSAaIBBJklko453bWLnRzmqImWep2fd_1200

Qazaxıstanda Ərdoğana dövlət ordeni verilib

14 May 2026
UKMTO: BƏƏ sahillərində gəmi ələ keçirilib ryWCDiKWGgYbUX3P5PpexKY8edHMvaMKPGTaCL3g_1200

UKMTO: BƏƏ sahillərində gəmi ələ keçirilib

14 May 2026
Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyib jatIgN0GceAfcmLUQb57lOOxKaZNnbTruE5gHoxs_1200

Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyib

14 May 2026
Ukraynada iki vilayət atəşə tutulub, 2 ölü, 47 yaralı var 62d1e502-a7e0-359b-9129-b9243e2fa37c_1200

Ukraynada iki vilayət atəşə tutulub, 2 ölü, 47 yaralı var

14 May 2026
Hindistanda güclü fırtına nəticəsində 90-a yaxın insan ölüb U3FUr9d3GzTqRstzg9EbTjYaNdflChDg0t5JCHCY_1200

Hindistanda güclü fırtına nəticəsində 90-a yaxın insan ölüb

14 May 2026
Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir IvpW11mkfaNaXhjZuHYMR8p177RzieNT4Tw18jrt_1200

Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir

14 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.