Skip to content
14 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 13
  • İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib

İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib

admin 13 May 2026 3 minutes read
JndkjrP9Qh7RdwJbwOJYhat4Dct0KN6x9mgqJl5D_1200
PAYLAŞIN:

Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Paraqraf.com xəbər verir ki, Prezident İlham Əliyev ötən il Slovakiyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşləri, o cümlədən Rixard Raşi ilə görüşünü məmnunluqla xatırladı.

Müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişafını vurğulayan dövlətimizin başçısı qarşılıqlı hörmətə, dostluğa və tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrin genişlənməsində parlamentlər arasındakı münasibətlərin roluna toxundu.

Prezident İlham Əliyev Rixard Raşinin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməsinin önəmini qeyd edərək, bildirdi ki, bu, tərəfdaşlığın daha bir göstəricisidir.

Qəbula görə nümayəndə heyəti adından minnətdarlığını ifadə edən qonaq dövlətimizin başçısı ilə görüşdən şərəf hissi keçirdiklərini dedi.

Rixard Raşi Azərbaycan Prezidentinə Slovakiyaya ilk rəsmi səfər etdiyinə görə minnətdarlığını bildirdi.

Dəfələrlə Azərbaycana səfər etdiyini məmnunluqla xatırlayan qonaq 2022-ci ildə Azərbaycana səfəri çərçivəsində Şuşada olduğunu dedi. O bildirdi ki, bu səfəri əsnasında da Qarabağa gedəcək, orada aparılan bərpa-quruculuq işləri, həmçinin Xankəndidə Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olacaq.

Rixard Raşi Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev sülhün gücləndirilməsi üçün Azərbaycan tərəfindən görülən tədbirlərdən danışdı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da daxil olmaqla ölkələrimiz arasında ticarət münasibətlərinin yaradıldığını dedi.

Söhbət zamanı Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu vurğulanaraq, siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi.

Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında iştirakına toxunularaq, bunun Azərbaycan-Slovakiya dostluğunun göstəricisi olduğu vurğulandı.

Görüşdə beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində əməkdaşlıq müzakirə olundu, iqtisadi-ticari, enerji, müdafiə sənayesi, təhsil, humanitar, müasir texnologiyalar, mədəniyyət, idman, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Tezliklə Bakı ilə Bratislava arasında birbaşa uçuşların həyata keçiriləcəyi bildirilərək, bunun turizm və insanlararası təmasların genişlənməsinə töhfə verəcəyi qeyd olundu.

 

Paraqraf.com 

Loading

Visited 11 times, 8 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan və Türkiyə arasında konsulluq məsləhətləşmələri keçirilib
Next: Slovakiya parlamentinin sədri Qarabağa səfər edəcək

OXŞAR MÖVZULAR

w9PmtAih24SwXHl55mhRXuOEwjJBWcmD7Km8Qhww_1200

“El Mundo Financiero”: Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq və sülh regionuna çevirir

admin 14 May 2026
gvmhJWZEFyGgEa385HJluPlkadcxMDCWDhzSzcKp_1200

“EFES – 2026”: General-leytenant Azər Əliyev təlim ərazisində yaradılan şəraitlə tanış olub

admin 14 May 2026
mfp1niJTAOGIFUEAa4Elar7Yx7fvVkUSt4u0OVK4_1200

Pakistanın Baş naziri Fərid Əhmədovu qəbul edib

admin 14 May 2026

XƏBƏR LENTİ

“El Mundo Financiero”: Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq və sülh regionuna çevirir w9PmtAih24SwXHl55mhRXuOEwjJBWcmD7Km8Qhww_1200

“El Mundo Financiero”: Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq və sülh regionuna çevirir

14 May 2026
“EFES – 2026”: General-leytenant Azər Əliyev təlim ərazisində yaradılan şəraitlə tanış olub gvmhJWZEFyGgEa385HJluPlkadcxMDCWDhzSzcKp_1200

“EFES – 2026”: General-leytenant Azər Əliyev təlim ərazisində yaradılan şəraitlə tanış olub

14 May 2026
Bakıda Qlobal Cənub QHT-lərinin Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib 698958421_1017831203909995_5576372569494817602_n_1778737591

Bakıda Qlobal Cənub QHT-lərinin Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib

14 May 2026
Pakistanın Baş naziri Fərid Əhmədovu qəbul edib mfp1niJTAOGIFUEAa4Elar7Yx7fvVkUSt4u0OVK4_1200

Pakistanın Baş naziri Fərid Əhmədovu qəbul edib

14 May 2026
Azərbaycanın 9 şəhərində keçirilən WUF13 festivallarında 115 mindən çox insan iştirak edib HlQKkVsVjVFbKAImdlPqo76yivR7QbhrvS2mGss5_1200

Azərbaycanın 9 şəhərində keçirilən WUF13 festivallarında 115 mindən çox insan iştirak edib

14 May 2026
Azərbaycandan Rusiyaya ixrac prosesinin sadələşdirilməsi müzakirə olunub QPRIxhEaJOQRHjWKXJKtobgYhARaVJ7u8pptfGmM_1200

Azərbaycandan Rusiyaya ixrac prosesinin sadələşdirilməsi müzakirə olunub

14 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.